Icma.az
close
up
RU
Tiktok er Bəniz in məhkəməsi oldu

Tiktok er Bəniz in məhkəməsi oldu

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Bəniz" ləqəbli "Tiktok"er Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçən iclasda iş üzrə zərərçəkmiş Xalid Kərimovun  ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edib:

"Aybənizlə 2023-cü ildə sosial şəbəkə vasitəsilə  tanış olmuşuq. 2024-cü ildə o  mənə yazıb zəng etməyimi istədi. Söhbət zamanı Aybəniz iki uşağı olduğunu, dolanışığını sosial şəbəkələr vasitəsilə təmin etdiyini deyirdi. Mən də ona evli olduğumu, uşağım olduğunu dedim. Bir gün mənə dedi ki, "tik-tok"da oyun oynayanda mənim canlı yayımıma qoşul, "jeton", hədiyyələr at.  Ona kart hesabımdan köçürmələr edirdim. İşimlə bağlı Türkiyədə olanda yazdı ki, Türkiyəyə gəlmək istəyir. Aybənizə dedim ki, biletin qiyməti bahadır, tezliklə Baklya gələcəm, görüşərik. 27 yanvarda Bakıya qayıdanda mənə zəng vurdu. Ona dedim ailəmin yanında mənə zəng etmə. Qərarlaşdırdıq ki, Novxanıdakı oteldə görüşək. Hər görüşümüzdən sonra ona müxtəlif hədiyyələr, 300-500 manat, hətta  əlavə  pul da verirdim. Dəfələrlə müxtəlif yerlərdə görüşümüz olurdu. Belə görüşlərin birindən sonra bir dəfə hiss etdim ki, telefonuma müdaxilə olunub. Bunu Aybənizdən başqası edə bilməzdi, ona görə getdikcə ondan uzaqlaşmağa başladım. Artıq ona pul verməməyə başladım. Bundan sonra mənə yazaraq ailə üzvlərimin şəkillərinin,özümün onda rüsvayedici  şəkillərimin olduğunu dedi. Məni özündən asılı vəziyyətə salmışdı, əl çəkmirdi, maşın, pul tələb edirdi. Deyirdi ki, dediklərimi edəcəksən, nə vaxt desəm, yanımda olmalısan. Məni  tanışlarının yanında nişanlısı kimi təqdim etdiyini deyirdi. Mənə deyirdi ki, xaricdə yaşayan Manaf Cəlilov adlı bloqqer vasitəsilə məni bütün sosial şəbəkələrdə, hər yerdə rüsvay edəcək. Ailəmin yanında biabır olmaq təhlükəsi, onun təzyiqləri məni intihar həddinə gətirmişdi. Məcbur olub  42 000 manatlıq maşınımı satıb pulunu ona verdim, özüm köhnə "Hundai Sonata" sürməyə başladım. Aybəniz sakitləşmirdi, məni öz platformasında təhqir etməyə başlayırdı. Zəng edib dedim ki, məni niyə rüsvay edirsən? Cavab verdi ki "Səni kim tanıyır, haradan biləcəklər ki, səndən danışıram?". Bir sözlə, bu qadın həyatı mənə zəhər eləmişdi".

Zərərçəkən Xalid Kərimov isə məhkəmədə elan edilmiş ifadəni təkzib edərək, istintaq zamanı ondan alınmış ifadənin vəkil və müstəntiq tərəfindən hazırlandığını bildirdi. 

Onun vəkili Mirdamət Qədirli də müdafiə etdiyi şəxsin istintaq zamanı ondan alınmış ifadənin müstəntiqin təxəyyülü olduğunu məhkəmənin nəzərinə çatdırdı. 

Məhkəmənin növbəti iclası aprelin 14-nə təyin edilib. 

Qeyd edək ki, tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgili münasibətində olublar.

Orxan Rasifoğlu


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Mart 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri