Icma.az
close
up
RU
“Tiktok”er “Bəniz”in məhkəməsində ifadə verən şahid görün nə dedi

“Tiktok”er “Bəniz”in məhkəməsində ifadə verən şahid görün nə dedi

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "tik-tok"er Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadəsi ilə davam edib.

Şahid M.Ş. heç vaxt ifadə vermədiyini bildirib:

"Mən iki il yarım - 2024-2025-ci illərdə  Xalid Kazımovun mebel sexində işləmişəm, mühafizə xidmətində idim. O xəstə olanda Aybəniz xanım ona çox dəstək olurdu, yemək gətirirdi, qulluq edirdi. Aybəniz xanımın evində də dəfələrlə olmuşam, uşaqlarını gəzməyə aparmışam.

Aybəniz xanım çox diqqətli insan idi. Bir dəfə məni fikirli görəndə təklif edib dedi: "Əgər bir problemin varsa, maşınımı satıb problemini həll edə bilərsən".

Mən bu təklif üçün ona təşəkkür etdim, amma razılaşmadım. Bir-iki dəfə olub ki, X. Kazımov 300-500 manat pulu Aybəniz xanıma  çatdırmağımı istəyib, amma ortada heç vaxt böyük məbləğ olmayıb".

Məhkəmə daha sonra şahidin ilkin istintaq zamanı verdiyi ifadəni elan edib:

"Bakıda X. Kazımovun mebel sexində işləmişəm. İşlədiyi müddətdə bir neçə dəfə Aybəniz xanım sexə gələrək hay-küy salıb,  "Bura mənim ərimin sexidir, məni dərhal içəri buraxın" deyə tələb etsə də obyektin mühafizəçisi kimi onu sexə buraxmamışam. Xalid çox vaxt sexdə qalırdı. Bir dəfə onun yanına gedəndə çox  üzgün gördüm. Səbəbini soruşanda Aybəniz adlı qadının onu şantaj etdiyini, həyatdan bezdirdiyini dedi. İki dəfə  Xalidin tapşırığı ilə  müxtəlif məkanlarda 15 000 manatı Aybənizə vermişəm. Bir dəfə Aybəniz xanıma dedim ki, adamı rahat buraxsın, yazıqdır,  evində də problemləri yaranıb deyə ofisdə qalır". 

Şahid elan olunan ifadə ilə razılaşmadığını, heç vaxt belə bir ifadə vermədiyini məhkəməyə desə də, qeyd olunan imzanın ona məxsus olduğunu bildirib: "Bizim aramızda əvvəllər də sənəd imza söhbətləri filan  olurdu deyə mən bu kağızların  nə olduğunu heç soruşmadım".

Məhkəmə prosesinə onlayn qoşulan X. Kazımov sənədlərin onun ofisində imzalandığını etiraf edib. 

Növbəti proses mayın 19-u saat 17:00-a təyin olunub.

Xatırladaq ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.

"Tik-tok"er barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 211.3-cü maddələri üzrə ittiham irəli sürülüb.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 May 2026 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri