Icma.az
close
up
RU
“TikTok” uşaqları: Onları necə qoruyaq?

“TikTok” uşaqları: Onları necə qoruyaq?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Düşünürəm ki, “TikTok” sosial şəbəkəsindən istifadə bir çox uşağa mənfi təsir göstərir”. 

Bu sözləri psixologiya üzrə fəlsəfə doktoru Fatimə Bayramova “Cebheinfo.az”-a açıqlamasında deyib. O adıçəkilən platformanın zərərləri barədə danışıb: 

“Əslində, “TikTok” platformasına nəzarət yetkin şəxslərin yaşına uyğun şəkildə tənzimlənib. Yəni qanunun pozulması, qeyri- etik ifadələrin işlənməsi və s. hallara nəzarət imkanı var. Lakin sözügedən platformadakı bəzi rəqslər və videolar uşaqların yaşına uyğun deyil. 

Azyaşlılarda qavrama, təfəkkür idrak prosesləri yetkin şəxsin idrakına çatmadığı üçün adi süni intellketlə yaradılmış qorxulu videolar və ya təhlükəli idman manevrlərini görmək onlara pis təsir edə bilər. Hətta bəzi uşaqların onları real qəbul edib, qorxa və ya təhlükəli hərəkətlər həyata keçirmə ehtimalları da var”. 

Psixoloq diqqətə çatdırıb ki, uşaqlar “TikTok”-da gördüklərini yaşıdlarına ötürürlər: 

“Ümumiyyətlə, uşaqların yaşlarına uyğun olmayan platformaları istifadə etməsi valideynlərin eqoizmindən irəli gəlir. Nəticədə, yetkinlərə aid olan videonu uşaq öz qavrama şəkilində dərk edərək, yalnış düşüncəsini digər yaşıdlarına ötürür”. 

Fatimə Bayramova vurğulayıb ki, uşaq telefonuna tətbiq yükləməzdən valideynindən icazə almalıdır: 

“Artıq bəzi sosial şəbəkələrdə və oyun saytlarında qeydiyyat üçün yaş məhdudiyyəti qoyulub. Uşaq qeydiyyatdan keçərkən, yalnız onun yaşına uyğun oyunları yükləyə və ya məzmunlar görə bilər. Burada ən böyük məsuliyyət valideynin üzərinə düşür. Əgər valideyn övladi ilə doğru ünsiyyət qursa, belə problemlər yaşanmaz. Məsələn, uşaqlar yükləmək istədikləri tətbiqlər üçün validenydən icazə almalı, onunla məsləhətləşməlidir. Düzgün tərbiyənin gedişatı bu yöndə olmalıdır”. 

Həmsöhbətimiz əlavə edib ki, qarşılıqlı ünsiyyət düzgün tənzimlənərsə, müasir dövrün problemli məsələlərinin öhdəsindən gəlmək mümkündür: 

“Qadağaları uşaqlara necə bildirmək olar? Məsələn, uşaq telefonla çox vaxt keçirtmək istəyir. Valideynin “Gözün yalnız telefondadır, get dərsini oxu” deməsi uşaq üçün anlaşılmaz qalar. Burada uşaqda “anam və ya atam telefonun necə maraqlı olduğundan xəbərsizdir” düşüncəsi yaranır. 

Əgər “Sənin sağlamlığını düşünərək deyirəm, səni çox istədiyimdən sənə telefonla bu qədər vaxt keçirməməyini bildidirəm, yenə də qərar sənindir” desək, uşaq düşünməyə başlayar. Yəni uşaqda öz sağlamlığı üzərində məsuliyyəti formalaşdırmaq lazımdır”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: TikTok uşaq psixoloq

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri