Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

Uşaqlardan yazaq, onları qoruyaq

Uşaqlardan yazaq, onları qoruyaq

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

20 Noyabr Ümumdünya Uşaq Hüquqları Günüdür

Düz 65 il əvvəl, noyabrın 20-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Uşaq Hüquqları Bəyannaməsini qəbul edib. Həmin tarixdən BMT-nin Baş Assambleyasında Ümumdünya Uşaq Hüquqları Günü qeyd olunur. 

Bu, uşaq hüquqlarının qorunması və onların gələcəyinə qayğının vacibliyini təsdiqləyən bir tarixdir. 20 noyabr sadəcə uşaqların hüquqlarını xatırlanması  deyil, eyni zamanda onların rifahının yaxşılaşdırılması üçün bir imkandır. BMT-nin 35 il əvvəl, noyabrın 20-də qəbul etdiyi Uşaq Hüquqları Konvensiyasına əsasən, uşaqlar onları maraqlandıran və həyatlarına təsir edən məsələlərlə bağlı fikirlərini bildirmək hüququna malikdirlər.  

Hər bir uşaq güvənli və sevgi dolu mühitdə böyüməlidir. Bunu təmin etmək üçün bütün dünyada, o cümlədən Azərbaycanda mühüm addımlar atılır, uşaq hüquqlarının qorunması və sosial təminatı sahəsində yeni proqramlar həyata keçirilir. Son illərdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inklüziv təhsil proqramları yaradılır, reabilitasiya mərkəzləri açılır. Təbii ki, sevgi və nəvazişlə böyüyən uşaqlar cəmiyyətin güclü, məsuliyyətli, çətinliklərə dözümlü vətəndaşlarına çevriləcəklər. Odur ki, hər birimizin üzərinə uşaqlarımıza mnasibətdə daha diqqətli olmaq, onların problemlərinə həssas yanaşmaq kimi böyük məsuliyyət düşür. 

Uşaqlar medianın aynasında

Uşaqların  hüquqlarından biri eşidilmə hüququdur. Onların düşüncələri və təklifləri eşidilməli və dəyərləndirilməlidir. Lakin uşaqların mövqeyi cəmiyyətdə, xüsusən də mediada, istənilən səviyyədə deyil. Onlara nadir hallarda öz fikirlərini ifadə etmək və ya xəbər mənbəyi kimi çıxış etmək imkanı verilir. Bu isə fərdi təcrübə və perspektivlərin çox vaxt diqqətdən kənarda qalmasına səbəb olur. Təəssüf ki, media uşaqları ya problemlərin mərkəzində duran “məsuliyyətsiz yeniyetmələr”, ya da yoxsulluq, zorakılıq və təbii fəlakətlərin qurbanı kimi təqdim edir. 

Mediada uşaqların mənfi kontekstə təsvir olunması onların stereotiplərlə qarşılaşmasına, ictimai imicinə və gələcək həyatına təsir edə bilər. Belə ki, uşaqlar yalnız kömək və himayəyə ehtiyacı olan fərdlər kimi deyil, həm də cəmiyyətin fəal üzvləri kimi tanınmalıdır. Məsələn, məktəblərdə təhsil problemləri, sosial ədalətsizlik və ya ekoloji məsələlərin müzakirəsində daha çox böyüklər çıxış edir. Halbuki, uşaqlar müəyyən mövzu ətrafında rəy və düşüncələrini fərqli, özünəməxsus formada təqdim edə bilərlər. 

Media, uşaqların mövqelərini öyrənmək, yalnız qurban kimi deyil, həm də problemlərin həllində fəal iştirak edən tərəflər kimi tanıtmaq, fikirlərini dinləmək və qiymətləndirməkdə məsuliyyətli olmalı və onların ictimai mövqeyini, bacarıqlarını lazımi qaydada göstərməyə kömək ­etməlidir.

Respublikamızda uşaqların iştirakı ilə müxtəlif sahələrdə rəsm və idman yarışları, hakatonlar, olimpiadalar, marafonlar və digər layihələr keçirilir. Sözügedən tədbirlərdə uşaqlar biliklərini artırır, həyat üçün vacib olan bir çox bacarıqları inkişaf etdirirlər. Yarışlar uşaqlara nəzəri bilikləri təcrübədə tətbiq etmək, mövcud problemlərin yeni həll yollarını düşünərək tapmaq imkanı yaradır, fikirlərini ifadə etməyi, başqalarını dinləməyi və mübahisə vərdişlərini aşılayır. Sadalanan keyfiyyətlər gələcək həyat üçün çox vacibdir. Lakin təəssüf ki, bəzən bu məlumatlar medianın diqqətindən kənarda qalır, yaxud da, qısa xəbər başlıqlarında öz əksini tapır. Adətən, bunlar qısa, informativ xəbərlərdir, halbuki uşaqlarla bağlı mövzuları tematik, analitik materiallarda daha geniş əhatə etmək olar.

Səmimi düşüncələr 

Bir anlıq qanunları və qaydaları kənara qoyub uşaqları dinləsək, onlardan nələri öyrənə bilərik? Çox vaxt unuduruq ki, uşaqların da öz baxışları, istək və sıxıntıları var. Bəzən onların dedikləri ən sadə cavablar belə gerçəkləri üzə çıxarır, düzgün qərar verməkdə yardımçı olur. El məsəlində deyildiyi kimi “Sözün düzünü (ən doğrusunu) uşaqdan xəbər al”; “Uşaq sözün düzünü deyər”. Uşaqların fikirləri çox vaxt səmimi və dürüst olur, gördüklərini bəzəmədən, nə hiss etdiklərini olduğu kimi, açıq şəkildə söyləyirlər. Asan dildə ifadə etdikləri problem və ya xahişlər  ətrafındakıları düşünməyə, həll yolları axtarmağa yönləndirə bilər.

Bəs, görəsən, uşaqlar nə düşünür: “Dostumla mübahisə edəndə kədərlənirəm, düşünürəm ki, böyüklər də bağışlamağı unutduqları üçün mübahisə edirlər”; “Sehirli çubuğum olsaydı, istərdim ki, heç kim xəstələnməsin və uşaqlar həmişə valideynlərinin yanında olsunlar”; "Mən valideyinlərimlə daha çox vaxt keçirmək, deyib - gülmək istəyirəm. Gəlin, hamımız birlikdə olaq"; "Xahiş edirəm, təbiəti düşünün. Ağacları kəsirlər, suyu çirkləndirirlər...Belə davam etsə, nə təmiz havamız, nə də meşələrimiz qalacaq. Axı biz də böyüyəndə təmiz hava, gözəl meşələr görmək istəyirik"; “Bizdən ilk dəfədir ki, nə düşündüyümüzü soruşurlar”; “Ağaclar kəsilsə, gələcək nəsillərin təmiz havası qalmayacaq”. 

Bəli, uşaqların ətraf mühitin və insan münasibətlərinin ahənginə dair müstəqil baxışları, olanları düzgün qiymətləndirmək qabiliyyəti var. Bəzən sadə həqiqətləri və həyatın əsas dəyərlərini yenidən xatırlamaq məhz uşaqların dilindən gələn səmimi sözlər sayəsində mümkündür. 

Ümumdünya Uşaq Hüquqları Günü onların yalnız tamhüquqlu vətəndaş kimi dəyərləndirildiyi bir gün deyil, eyni zamanda, daxili dünyalarını öyrənmək, tanıtmaq üçün bir fürsətdir. Gəlin unutmayaq ki, bu gün atdığımız addımlar sabahın güclü və sağlam mühitinin əsası olacaq. Axı uşaqlar təkcə ailənin deyil, bütün cəmiyyətin gələcəyidir.

Sevinc Məmmədova,
BDU Multimedia və elektron kommunikasiya kafedrasının dosenti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri