Icma.az
close
up
RU
TikTok yaradıcıları Onlar poeziyanı təbliğ edir

TikTok yaradıcıları Onlar poeziyanı təbliğ edir

Icma.az bildirir, Sfera.az portalına istinadən.

TikTok müasir dövrün ən nəhəng rəqəmsal platformalarından birinə çevrilib və burada yalnız əyləncəli videolarla deyil, həm də ədəbi dəyərləri yaşadaraq izləyicilərin dünyagörüşünü, biliklərini zənginləşdirən məzmunlarla çox rastlaşırıq. 

Sfera.az bildirir ki, məşhur aparıcılar, aktyorlar və qiraətçilər, bu platformada öz istedadlarını göstərməkdə yanaşı, həm də şeirlər, poeziyadan nümunələr vasitəsilə izləyicilərinə bənzərsiz bir ədəbi səyahət təqdim edirlər. Onlar təsirli və maraqlı ifadələr ilə şeirlərini təqdim edərək, izləyicilərini ədəbiyyatla tanış edir, onlara zövqlü məzmun və hüzurlu istirahət bəxş edirlər. 

Bu dəfə TikTok-da öz şeirləri ilə izləyicilərini ədəbi dünyaya daldıran üç istedadlı qiraətçi ilə sizi tanış edirik:

@huseynliturana

Biz bu qiraətçini TikTok-un həzin və məlahətli səs sahibi hesab edə bilərik. Zərif görünüşü və incə səsi ilə izləyicilərini öz dünyasına cəlb edir. Onun seçdiyi şeirlər və zövqlü ifası sayəsində yaratdığı kontentlər çox sürətlə populyarlaşır və geniş auditoriya tərəfindən bəyənilir. Turanə həm klassik şairlərin, həm də müasir poeziyanın incilərini şeirə çevirməklə, izləyicilərinə ədəbi zənginlik təqdim edir. Turanənin ən çox sevilən məzmunlarından biri milli türk libasında Yunus Əmrə kimi böyük şairin dərin mənalı şeirini səsləndirməsidir. Türk filosofunun poeziyasını, həm azərbaycanlı, həm də türkiyəli izləyicilər məmnuniyyətlə qəbul ediblər və Turanənin ifasını hər zaman xüsusi bir məhəbbətlə qarşılayıblar. 


"Poeziya dilində deyilir..." kimi ifadələr ilə başlanan videoları, onun müsbət mənada fərqləndirən digər xüsusiyyətdir. Bu sözlər, izləyiciləri sadəcə gözəl bir dinləyici təcrübəsi ilə deyil, həm də hər bir şeirə daha dərindən yanaşmağa dəvət edir. Onun səsi və şeirə olan xüsusi yanaşması, yalnız izləyicilərin rəğbəti ilə kifayətlənmir, eyni zamanda böyük bir ədəbi missiyanı yerinə yetirməsinə şərait yaradır.

@xezersuleymanli

Son illərin ən çox sevilən, dinlənilən qiraətəçilərindən olan Xəzər Süleymanlı səsləndirdiyi hər şeiri, sadəcə şeir kimi deyil, həm də duyğuların tərcüməsi olaraq ifa edir. Xəzər təkcə öz şeir ifası ilə deyil, həm də müasir dövrün tələblərinə uyğun olaraq ifa etdiyi mahnı-şeir duetləri ilə geniş auditoriyanın diqqətini cəlb edir və hər zaman uğurla qarşılanır. Xəzər Süleymanlı şeirlərində sevgi, övlad, dostluq, valideyn və s. kimi dərin mövzulardan istifadə edərək izləyicilərinə insanlıq və həyati dəyərləri təbliğ edir. Qiraətçinin hər ifası, təkcə şeir oxumaqla kifayətlənməyib, həm də sözlərin gücü ilə insanları ruhlandıran bir sənətə çevrilir. O, şeir və musiqinin sintezində fərqli bir üslub təqdim edərək, müasir dövrdə poeziyanın ən güclü səs sahiblərindən birinə çevrilib.

Xəzərin ifası yalnız ona aid bir tərzdədir – o, hər şeiri dinləyicilərə yalnız sözlər vasitəsilə deyil, həm də öz xüsusi səsi və ifa tərzi ilə təqdim edir. Bu, onun hər ifasında duyğuları daha güclü şəkildə hiss etdirməsini təmin edir. İfadə etdiyi hər kəlmə, sanki tamaşaçını başqa bir dünyaya aparır. Bu, xüsusilə onun şeirlərində mövzu seçiminin necə düzgün və emosional olduğunu nümayiş etdirir.

@kamranagabalaev

Yalnız aktyor, prodüser və aparıcı kimi tanınan bir sənətçi deyil, həm də gözəl şeir ifa edən, səs tembri və diksiyası ilə izləyicilərini valeh edən bir TikTok yaradıcısıdır. O, sənət aləmindəki çoxsaylı uğurları ilə həm gənc, həm də yaşlı auditoriya tərəfindən sevilir və izlənilir. Kamranın ən özəl xüsusiyyətlərindən biri, şeir ifasında göstərdiyi fərqlilikdir. Onun şeirləri sadəcə mətnin səsləndirilməsindən ibarət deyil, həm də dinləyicilərə dərindən təsir edən bir təcrübəyə çevrilir. O, ifası ilə həm ənənəvi Azərbaycan poeziyasını, həm də müasir dövrün şeir anlayışlarını uğurla birləşdirərək izləyicilərini zəngin bir poetik dünyaya dəvət edir. Şeirlərində adətən sevgi, insanlıq, həyat və daxili sülh kimi mövzulara toxunur. Bu şeirlər, onun sənətinin özəlliyini daha da artırır və dinləyicilərində güclü emosional təsir yaradır.

Qiraətçilərin fərdi üslubları və poetik ifadələrindəki yeniliklər, müasir dövrün dinamik mədəniyyətini və estetik tələblərini qarşılayaraq, izləyicilərinin qəlbini fəth etməkdədir. TikTok isə qiraətçilər üçün həm özünü ifadə etmə sahəsi, həm də geniş kütləyə çatmaq üçün unikal bir platformadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://sfera.az
archiveBu xəbər 28 Aprel 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri