“TikTok”da əxlaq normalarını pozan 3 qadın CƏZALANDIRILDI VİDEO
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"TikTok"da qeyri-etik paylaşımlara görə daha 3 nəfər saxlanılıb.
Milli.Az xəbər verir ki, Naxçıvanda polis əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlərlə "TikTok" sosial şəbəkəsində ictimai əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd məzmunlar paylaşan 29 yaşlı V.Mahmudova, 23 yaşlı L.Əliyeva və 29 yaşlı S.Həsənova müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla onların sosial şəbəkə hesablarında cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən və əxlaq normalarına uyğun olmayan görüntülər yaydıqları müəyyən olunub. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib.
Müvafiq qərarlarla V.Mahmudova və L.Əliyeva 10 gün müddətinə inzibati qaydada həbs olunub, S.Həsənova isə 750 manat cərimə edilib.
Qeyd edək ki, polis tərəfindən sosial media platformalarında ictimai qaydanın və əxlaq normalarının qorunması istiqamətində tədbirlər davam etdirilir. Qanunvericiliyin tələblərinə zidd məzmunların yayılmasına hüquqi qiymət verilir və məsul şəxslər barəsində müvafiq tədbirlər görülür.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 04 Mart 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















