Icma.az
close
up
RU
Estetik əməliyyat zamanı TikTok da canlı yayım açan tibbi personal CƏZALANDIRILDI

Estetik əməliyyat zamanı TikTok da canlı yayım açan tibbi personal CƏZALANDIRILDI

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) "Azər-Türk Med" klinikasında plastik cərrahın əməliyyat zamanı "TikTok" platformasında canlı yayın açması ilə bağlı görüntülərə münasibət bildirib.

Oxu.Az-ın sorğusuna cavab olaraq qurumdan bildirilib ki, AEM əməkdaşları cərrahların əməliyyat zamanı sosial şəbəkə platformalarında canlı yayım açması ilə bağlı əhalinin həyat və sağlamlığına mühüm təhlükə yaranması faktına əsaslanan rəsmi müraciət daxil olduqda məsələni ətraflı araşdırır və qanunvericiliyin pozulması halları müəyyən edildikdə plandankənar yoxlama keçirilir:

"Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalara riayət olunması şərtdir. Bu zaman tələbləri pozan şəxslər barəsində qanunvericiliklə müəyyən olunan qaydada inzibati xəta məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunur və cərimə nəzərdə tutulmaqla, aidiyyəti üzrə növbəti icraata göndərilir.

Son zamanlar mediada və sosial şəbəkələrdə yayılan faktlara gəldikdə, həmin faktlarla bağlı müvafiq qanunvericiliyə əsasən araşdırmalar aparılıb və nəticə olaraq xəbərdarlıqlar və cərimələr tətbiq edilib".

Məlumatda bildirilib ki, "ATM XƏTAİ" MMC-yə məxsus "Azər-Türk Med" klinikasında baş verən faktla əlaqədar AEM tərəfindən plandankənar yoxlama keçirilib:

"Bu zaman çəkilişdə iştirak edən tibb personalından, eləcə də müəssisənin rəhbərindən müvafiq izahatlar alınıb. Aidiyyəti üzrə çəkilişdə iştirak edən tibbi personaldan üç nəfərə klinikanın rəhbərliyi tərəfindən töhmət verilib, rəhbərliyin özünə isə ciddi xəbərdarlıq olunub. Müəssisəyə baxış zamanı bir sıra digər nöqsanlar da aşkarlanaraq, aktlaşdırılıb".

Həmçinin qeyd edilib ki, AEM tərəfindən həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirinin 29 dekabr 2011-ci il tarixli, "Həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında" 137 nömrəli əmr barədə məlumatlandırılıb:

"Həmin əmrin VI bəndində qeyd edilir ki, tibbi xarakterli nəşrlər, həkimlərin elmi forumu və cəmiyyətlərdə çıxışları, media ilə maarifləndirci fəaliyyəti etik normalara uyğun olmalı, obyektiv elmi-praktik məlumatla məhdudlaşmalı və qeyri-sağlam rəqabət, reklam və özünü reklam elementlərini əks etdirməməlidir. Əmrdə, həmçinin o da qeyd olunur ki, həkim digər hüquqi və fiziki şəxslərin reklamı və maraqlarının təbliğatı üçün öz vəzifəsindən istifadə olunmasına yol verməməlidir".

"Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir", - deyə məlumatda bildirilib.

Estetik əməliyyat zamanı "TikTok"da canlı yayım açan tibbi personal CƏZALANDIRILDI

Aləmdə Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Yanvar 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri