Icma.az
close
up
RU
Tiktokda Novruz festivalı başlayır

Tiktokda Novruz festivalı başlayır

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

TikTok Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Novruz bayramı münasibəti ilə onlayn festivala başlayır.

Qısa videoların izlənməsi və yaradılması üçün aparıcı platforma olan TikTok, baharın gəlişini simvolizə edən Novruz bayramını Azərbaycan istifadəçiləri ilə birlikdə qeyd edir.
TikTok genişmiqyaslı onlayn bayram festivalına çevrilir: xüsusi #Novruz2025 həştəqi ilə Azərbaycanın müxtəlif guşələrindən olan istifadəçilər bayramı necə qeyd etdiklərini nümayiş edə, bayram süfrəsi üçün reseptlərini bölüşə və ya maraqlı ənənələrdən danışa bilərlər.
Onlayn festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.

Azərbaycanın zəngin mədəniyyəti TikTok yaradıcıları üçün tükənməz ilham mənbəyinə çevrilib. Onlar orijinal və maraqlı videolar yaradaraq, ölkə daxilində və xaricində milyonlarla istifadəçinin marağına səbəb olublar. Məsələn, #Azərbaycan həştəqi ilə artıq 156 mindən çox video, #Azerbaijaniculture həştəqi ilə isə 2.4 mindən çox paylaşım edilib.

Novruz bayramı TikTok-da platforma istifadəçilərini bir araya gətirəcək və milli ənənələrin gözəlliyini daha parlaq şəkildə nümayiş etdirəcək. Onlayn festival martın 21-dən, aprelin 30-dək xüsusi #Novruz2025 həştəqi altında keçiriləcək: TikTok platforma istifadəçilərini milli bayram, onun xüsusiyyətləri və adətləri barədə videolar çəkməyə dəvət edir. İstifadəçilər videolar üçün istənilən mövzunu seçə bilərlər - mətbəxdən milli geyimə, əfsanələr və ənənələrdən musiqi və rəqslərə qədər.

Ən kreativ videoroliklərin müəllifləri layihənin tərəfdaşı - kurort şəhəri Sea Breeze Resort tərəfindən mükafatlandırılacaq: 

1-ci yer - DREAM Fest 2025 festivalının bütün günləri üçün fan-zonaya 2 bilet, 
2-ci yer - Xəzər dənizi sahilində yerləşən Sea Breeze Resort-da 2 günlük yaşayış üçün vauçer, 
3-cü yer - Bakıda yerləşən Crocus Fitness fitnes-klublarından birinə 6 aylıq üzvlük kartı. 

Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Novruz bayramına həsr olunmuş onlayn festivalın qalibləri 16 aprel tarixində elan ediləcək.

"Novruz Bayramı adətlərinin bir vacib amili odur ki,  xoş münasibət, doğmalıq, həmrəylik hissləri yada salınır, yenidən canlandırılır. Küsülülərin bayramda barışması, yaşlı qohumlara baş çəkilməsi, tanıdıqların və hətta tanımadıqlarınla sövqat bölüşülməsi - bunlar hamısı insanlar arasındaki əlaqələrin daha möhkəm və sadaqətli olmasına xidmət edir. Online platformalar vasitəsilə həmin bayram hisslərini qat-qat daha da geniş dairəyə ötürmək, məsafədən asılı olmayaraq dünyanın hər bir yeri ilə öz sadə və səmimi sevincini bölüşmək möcüzəsi mümkün olur. TikTok-da Novruz - qədim mərasimlərə qoşulan daha bir şən adət olacaq bəlkə də?" - deyə Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov şərh verib.

"Novruzun qeyd edilməsi Azərbaycanın zəngin mədəni irsinin bir hissəsidir. Bu il istifadəçilərə genişmiqyaslı virtual festivala qoşulmaq və harada olmalarından asılı olmayaraq bayramın bir hissəsi olduqlarını hiss etmək imkanı yarada bildiyimiz üçün sevinirik. Bu təşəbbüs Azərbaycanda ilk dəfə həyata keçirilir və əminik ki, milli mədəniyyətin həm yerli, həm də beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm addım olacaq", - deyə TikTok-un Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar rəhbəri Səif Mücahid bildirib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Mart 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri