Icma.az
close
up
RU
İtaliyada Novruz Festivalı keçirilib

İtaliyada Novruz Festivalı keçirilib

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu günlərdə Sən1Sən Beyin Mərkəzinin İtaliyanın Cassine (AL) şəhərində 17-ci əsrə aid “Palazzo Mandrilli”də yaratdığı Qalereyada növbəti sərgilər silsiləsi keçirilmişdir.

Bu sərgilər “Novruz Festivalı” adı ilə xalqımızın milli bayramına həsr olunmuşdur.   Sözügedən festival Azərbaycan Diasporuna Dəstək Fondunun texniki dəstəyi ilə keçirilmiş və məqsədi xalqımızın milli bayramı olan Novruz bayramı haqqında İtaliya ictimaiyətinə ətraflı məlumat vermək və eyni zamanda azərbaycanlı rəssamların əsərləri ilə tanış etmək idi.

Festivalın açılışında Cassine şəhərinin meri cənab Carlo Felice Maccario, İtaliya–Azərbaycan Ticarət Palatasının Milan Ofisinin rəhbəri İrina Qalimova, Sən1Sən Beyin Mərkəzinin təsisçisi Fəridə Quluzadə, Azərbaycan və Türkiyə diaspora nümayəndələri iştirak etmişlər. Novruz Festivalı çərçivəsində təşkil edilən sərgilərdə (“Kontrast”, “Sabahın izləri”, “İşığa doğru”) Azərbaycan Rəssamlıq Akademiyasının müəllim və tələbələrinin əsərləri nümayiş etdirilib.

Digər iki sərgi – “NovruzFest” və “Sərhədsiz rənglər” isə uşaq və açıq çağırış üzərindən olan azərbaycanlı rəssamların qrup sərgisi idi.  Festival İtalya vətəndaşları və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanmışdır. Qalereya Palazzo Mandrilli Azərbaycan incəsənətinə həsr olunmuş artıq 19 sərgiyə ev sahibliyi etməklə, Piemont regionunda İtaliya–Azərbaycan arasında dostluq və mədəniyyət körpüsü kimi fəaliyyətini davam etdirməkdədir. 

Qabil YUSİFOĞLU

XQ 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Mart 2026 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri