Icma.az
close
up
RU
“Qara siyahı”da olan müğənnilərdən sərt ittihamlar KONKRET

“Qara siyahı”da olan müğənnilərdən sərt ittihamlar KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Son günlər sosial şəbəkələrdə və media məkanında bəzi müğənnilərə efir qadağası tətbiq olunduğu barədə iddialar dolaşır. Siyahıda adı olan tanınmış simalar isə yayılan məlumatlara sərt reaksiya verib, bu xəbərləri əsassız və qərəzli adlandırıblar.

KONKRET.az “Yeni Sabah”-a istinadla məsələyə münasibət bildirən ifaçıların fikirlərini təqdim edir.

Müğənni Afət Fərmanqızı məsələyə belə münasibət bildirib:

“Şok, şok, şok… Bir qara xəbəri diqqətinizə çatdırıram. Niyə “qara xəbər” deyirəm? Çünki yayılan həmin siyahı qeyri-rəsmi siyahıdır və deyilənə görə, yalan xəbər imiş. Adları o siyahıda qeyd olunan sənət yoldaşlarımla birlikdə düşündük ki, bu yalan xəbəri yayan səhifə adminini məhkəməyə verək. Lakin mən təklif etdim ki, bir neçə gün gözləyək, görək rəsmi xəbər və ya rəsmi siyahı yayımlanacaqmı?”

İfaçı deyib ki, əgər rəsmi siyahı yayımlanmasa, həmin şəxsi məhkəməyə şikayət edəcəyik:

“Rəsmi siyahı yayımlanarsa və burada adı çəkilən müğənnilərin adları siyahıda olmazsa, yenə də məhkəməyə müraciət edəcəyik. Əgər rəsmi siyahı yayımlansa və bəzi müğənnilərə haqsızlıq olunsa – məsələn, birinin adı qeyd edilib, digərinə qarşı ayrı-seçkilik edilibsə – bu məsələni də hüquqi müstəvidə araşdıracağıq. İzləyicilər də bilirlər ki, söhbət hansı janrın ifaçılarından gedir. Həmin janrda fəaliyyət göstərən onlarla müğənninin adı siyahıda yoxdur. Əgər onların adları rəsmi siyahıda yer almasa, o zaman televiziya kanallarına müraciət edəcəyik və müəllif hüquqları ilə bağlı müvafiq addımlar atacağıq, o cümlədən onların YouTube kanalları ilə bağlı hüquqi tədbirlər görüləcək”.

A.Fərmanqızı onu da söyləyib ki, istərdim ki, belə bir qadağa tətbiq olunsun:

“Mən artıq bir il əvvəl özüm-özümə qadağa qoymuşam. Bundan əvvəlki videomda da bu barədə məlumat vermişdim. Bu qədər. Gecəniz xeyrə qalsın, izləmədə qalın. Gözləyək və rəsmi açıqlamanı görək. Sonda bir daha deyirəm: əgər bu yayılan məlumat rəsmi təsdiqini tapmasa, doğru xəbər kimi təqdim edilməzsə, həmin səhifə admini bilməlidir ki, hamımız birləşərək onu məhkəməyə verəcəyik”.

Daha sonra Afət Fərmanqızı canlı yayımda olarkən həmkarı Ülviyyə Namazovanı da məsələ barədə xəbərdar edib. Onun yanında olan ifaçı Pünhan Piriyev ilə Afət Fərmanqızının məhkəmə fikrini dəstəkləyiblər və bildiriblər ki, onların bu yayılan söhbətlərdən heç bir xəbəri olmayıb.

Sənətçi Talıb Tale isə yayılan iddiaları araşdırdığını deyib:

“Eşitdim ki, mənə efir qadağası qoyulub. Bu barədə ətraflı məlumat verəcəm. Araşdırma aparıram. Görək nə dərəcədə doğrudur, mənbə haradır?

Qeyd edək ki, ötən gün ölkə mediasında yayılan xəbərlərdə Kəmalə Günəşli, Canana, Nüşabə Musayeva, Nəfəs, Ofelya Şabanova, Günəş, Qumral, Səbinə Selcan, Ülviyyə Namazova, Afət Fərmanqızı, Aşıq Namiq, Mehriban Qəmbərova, Şəbnəm Qəhrəmanova, Arzu Mirzəyeva, Şəlalə Səsli, Naza Veysəlova, Ziba Osmanlı, Aida Ziyadxanlı, Pünhan Piriyev, Talıb Tale, Müğənni Canan, Balaəli, Aqşin Fateh, İfrat, Dəniz Əsədova, İbrahim Borçalı, Arzu Mələk, Elxan Qaraxanoğluna ciddi musiqini təbliğ etməmələri və efir məsuliyyətinə diqqətsiz yanaşmaları səbəbindən efir qadağası qoyulduğu iddia olunur. Ancaq bu məlumatlar rəsmi qaydada öz təsdiqini tapmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Mart 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri