““TikTok”da şəxsiyyətsizliyi reklam edirlər” Elməddin
Icma.az, Olay.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
““TikTok”da şəxsiyyətsizliyi reklam edirlər” - Elməddin
Aktyor Elməddin Cəfərov açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, “Qapqara” layihəsində qonaq olan sənətçi “TikTok”da baş verən özbaşnalıqlardan söz açıb.
Cəfərov bildirib ki, sözügedən platformada şəxsiyyətsizli reklam edirlər:
“Çox üzülürəm. Mən bəlkə də başa salsam onlar doğru yola yönələrlər. Amma “TikTok”da elələri var ki, özü də və özündən sonra gələn nəslin tərbiyəsini çox pozur. Burada söhbət ailə tərbiyəsindən getmir. Orada şəxsiyyətsizliyi reklam edirlər. Çünki adamların özündə bu yoxdur, özləri nədirsə onu da edirlər, onu da insanlara sırımağa çalışırlar. Və bütün bunların üzərinə özünə avtomobil və ev alanlar var deyə digər nəsil də “neyləsin”… Onlara baxan da deyir ki, mən gedim 300-400 manata işləyim. Amma “TikTok”dan 5000 manat qazana bilərəm. Hər zaman deyirəm ki, hər şey satmaq olar. Pul ilə geri ala biləcəyin hər şeyini sat. Nəyin ki, pulla yəni milyardın belə olacaq amma onu ala bilməyəcəksənsə onları qətiyyən satma. Budur sənin yer üzündəki dəyərin. Rəbbim sənə satılmayan şeylər verib”.
Baxış sayı:74
Bu xəbər 04 Fevral 2025 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















