Icma.az
close
up
RU
“TikTok”un Böyük Britaniyada kütləvi ixtisar planı narahatlıq doğurub

“TikTok”un Böyük Britaniyada kütləvi ixtisar planı narahatlıq doğurub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

London, 13 oktyabr, AZƏRTAC

Həmkarlar ittifaqları və onlayn təhlükəsizlik üzrə təşkilatlar Böyük Britaniyada “TikTok” şirkətinin yüzlərlə işçini ixtisar etmək planlarını tənqid edərək parlament üzvlərini bu məsələyə təcili baxmağa çağırıblar.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, bu ixtisarlar şirkətin ölkədəki etimad və təhlükəsizlik (trust & safety) komandasını ciddi şəkildə azaldacaq və bu da istifadəçiləri dərin saxtakarlıqlar və onlayn zorakılıq kimi zərərli məzmunlara qarşı daha həssas vəziyyətə sala bilər.

Elm, İnnovasiya və Texnologiya Komitəsinin sədri, parlament üzvü Çi Onvuraya ünvanlanmış açıq məktubda həmkarlar ittifaqlarının nümayəndələri hökuməti onlayn təhlükəsizlik və əmək hüquqları ilə bağlı narahatlıqları araşdırmaq üçün dərhal tədbir görməyə çağırıblar.

Qeyd edək ki, bu çağırış avqust ayında “TikTok”un ana şirkəti olan Çində yerləşən “ByteDance”in London ofisində çalışan 400 nəfərin ixtisar ediləcəyini və onların vəzifələrinin Avropadakı digər ofislərə və ya üçüncü tərəf şirkətlərə ötürüləcəyini elan etməsindən sonra edilib.

“ByteDance” şirkəti isə onlayn təhlükəsizliyə önəmin azaldılması iddialarını rədd edərək bildirib ki, bu qərar süni intellektin (AI) məzmun moderasiyasında daha geniş istifadəsinə keçid planları ilə bağlıdır və məqsəd effektivlik və sürəti maksimuma çatdırmaqdır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri