Icma.az
close
up
RU
“TikTok”un fəsadları BÖYÜYÜR Valideynlər, diqqətli olun!

“TikTok”un fəsadları BÖYÜYÜR Valideynlər, diqqətli olun!

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Son vaxtlar sosial şəbəkələrdə, xüsusən də “TikTok”da yeniyetmələrin öz yaşlarından böyük görünməyə çalışdığı videolar sürətlə artır. Uşaqların açıq-saçıq geyimdə rəqs etdiyini, böyüklərə məxsus davranışları təqlid etdiyini görmək artıq demək olar ki, adi hal alıb. Bu isə həm onların psixoloji inkişafına, həm də yaşıdlarına təsirsiz ötüşmür.

Mövzu ilə bağlı yeniyetmə və ailə psixoloqu Fəridə Şərifova “Yeni Sabah”ın suallarını cavablandırıb:

- Uşağın öz yaşından böyük hərəkətlər etməsi psixoloji olaraq ona necə təsir edir?

- Uşaq özündən böyük görünməyə çalışanda əslində içində bir mübarizə başlayır. Çünki o hələ uşaqdır, emosiyaları, düşüncəsi, bədəni uşaqlığa aiddir. Amma sosial şəbəkədə gördüyü bir obrazı tutmağa çalışır. Psixologiyada buna erkən böyümə təzyiqi deyilir.

Bu vəziyyət uşağın içində belə bir hiss yaradır:

“Mən olduğum kimi yetərli deyiləm… Daha çoxu, daha yaxşısı  olmalıyam, ancaq bu vaxt diqqət çəkə, sevgi görə bilərəm”.

-  Bəs bu, uzun müddətdə onların psixikasında hansı fəsadlara səbəb ola bilər?

-  Bu cümlə  uşaq psixikasında ən ağır yüklərdən biridir. Uşaq özünü bəyənməməyə başlayır, daim davam gətirə bilmədiyi bir obrazı qorumağa çalışır.

Nəticədə, özünə inamı zədələnir, emosional yorğunluq yaranır, bədəni və davranışları ilə bağlı çaşqınlıq yaşayır. Sosial mediada bir anda “böyümüş kimi davranmaq” ona öz iç səsindən uzaqlaşdırır. Bu zaman uşağın ən vacib ehtiyacı—özünü olduğu kimi qəbul etmək—bastırılır.

Bu isə uzun müddətdə dərin iz buraxa bilir.

 - Belə videoları görən digər məktəblilərə nə kimi ziyanı dəyə bilər?

- Digər uşaqlar bu videolara baxanda ilk növbədə özlərini sorğu-sual edirlər. Uşağın beyni çox tez müqayisə edir və psixologiyada buna sosial müqayisə zədəsi deyilir. Biraz da ailədaxili müansibətlərdə boşluqlar olarsa, uşaq yetəri qədər diqqət, sevgi və qayğı görməzsə bu ehtiyacını kənarda ödəməyə çalışır. Qarşısında asanlıqla diqqət, sevgi, xoş sözlər toplayan “təcrübələr” gördükdə isə içindən belə deyir:

“Deməli, belə olmaq lazımdır… Mən niyə belə deyiləm?”

Bu “niyə mən belə deyiləm?” sualı uşağın özünə inamını yavaş-yavaş yeyir. Uşaq öz yaşından, öz maraqlarından, öz ritmindən utanmağa başlayır.

Bir az sonra isə daxildə başqa bir qorxulu fikir yaranır:

“Mən də etməsəm geri qalaram. Məni qəbul etməzlər. Məni lağa qoyarlar”.

 -  Bu halın nəticəsi nə ola bilər?

-  Bu fikir uşağı riskli davranışlara sürükləyə bilir, çünki o, özünü göstərmək üçün artıq təhlükəni düşünmür. O sadəcə qəbul olunmaq istəyir.

Nəticədə təbii inkişaf pozulur, bədən imici problemləri yaranır, emosional həssaslıq artır. Uşaq özünün real versiyasından uzaqlaşıb sosial şəbəkənin yaratdığı saxta standarta uyğunlaşmağa çalışır. Bu da böyük psixoloji yükdür.

  - Yeniyetmələr belə davranışları nəyə görə “normal” hesab etməyə başlayır?

- Çünki yeniyetməlik dövrü insan həyatının ən hissiyatlı, ən axtarış dolu və sosial tləbatlrın ən ön plana çıxdığı dövrüdür. Uşaq kim olduğunu tapmağa çalışır. Hər gördüyü parlaq şey onun üçün siqnaldır.

Sosial şəbəkə isə bu hisslərin ortasına bir mesaj atır: “Diqqət qazanırsansa, deməli düzgündür”.

Dopamin sistemi bu yaşda çox aktivdir. Layklar, izlənmələr uşağın beynində “mükafat” kimi işləyir. Uşaq anlayır ki: Diqqət = Dəyər. Bu isə çox təhlükəli tənlikdir.

Üstəlik, alqoritmlər eyni tərz videoları təkrar-təkrar göstərir. Nəinki yeniyetmələr, hətta yetkin insan beyni belə təkrar-təkrar gördüyü, etdiyi, eşitdiyi məlumatları artıq doğru və normal qəbul etməyə başlayır. Uşaq da düşünür ki, “hamı belə edir”. Əslində hamı etmir, sadəcə o bunu daha çox gördüyü üçün bu davranışın “normal” olduğunu zənn edir.

 - Valideyn uşağa necə başa salsa daha effektli olar ki, bu davranışlar təhlükəlidir?

- Bunun üçün ilk növbədə valideyn övlad arasında emosional bağ və ünsiyyət yetrəli həddə olmalıdır. Yoxsa yeniyetmə valideynin ona ötürmək istədiyi istənilən informasıyanı rədd edəcəkdir.

-  Uşaqla danışarkən hansı üslubdan istifadə edilməlidir ki, təsirli olsun?

-  Valideynin burada ən güclü silahı sevgi və sakit dildir. Qışqırıq, qadağa, təhdid uşağın qapılarını bağlayır. Amma səmimi bir izah uşağın içini açır.

“Sosial şəbəkədə gördüklərin real həyat deyil. Səni qorumaq istədiyim üçün danışıram. Sən öz olduğun halda daha gözəlsən. Heç nəyin çatmır, heç nəyə tələsmirsən. Böyümək tələsməklə yox, zamanla və sevgi ilə olur.” Deməklə yanaşı, valideynin öz davranışları ilə də bunları  ona hiss etdirməsi çox önəmlidir.

Uşağa real təhlükələri sakit şəkildə anladanda o daha yaxşı qəbul edir.

Bununla yanaşı, videoları birlikdə analiz etmək, “bu sənə nə qazandırır, nə itirir?” “ səncə burda doğrumu etdi?” “ nə fikirləşirsən bu trend səncə nə dərəcədə mənalıdır?” və s.  sualını vermək, uşağın özünü göstərmək ehtiyacını başqa sahələrə (rəqs, idman, hobbilər) yönləndirmək, ona “sərhəd” anlayışını izah etmək  ən effektli addımlarıdır.

Uşaq başa düşməlidir ki, valideynin məqsədi onun azadlığını məhdudlaşdırmaq deyil—onu özünü itirməkdən qorumaqdır.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Noyabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see6396

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see259

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see245

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see233

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see224

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see194

Bu qidalar bağırsaq xərçənginin düşmənidir

14 Noyabr 2025 20:08see166

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see163

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see154

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see154

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see152

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see151

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see139

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see137

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see133

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see128

Laporta Messinin kluba qayıda biləcəyini açıqladı

14 Noyabr 2025 20:23see124

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see123

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see122

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri