Icma.az
close
up
RU
TikTok un Amerika versiyası yaradılır

TikTok un Amerika versiyası yaradılır

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Çin mənşəli TikTok sosial şəbəkəsinin ölkədə fəaliyyətini davam etdirməsinə imkan verəcək yeni sərəncam imzalayıb.

AzPost xəbər verir ki, sənəd çərçivəsində tətbiqin fəaliyyətini təmin edəcək müstəqil Amerika hüquqi qurumu yaradılacaq və idarəetmədə əsas söz sahibi ABŞ şirkətləri olacaq.

Razılaşmaya görə, yeni qurumun səhmlərinin böyük hissəsi amerikalı investorların əlində cəmləşəcək, ByteDance isə cəmi 20 faizdən az paya sahib olacaq. Məsələni yaxından izləyən ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, yeni təşkilatın dəyəri təxminən 14 milyard dollar qiymətləndirilir. Layihədə Oracle kimi böyük şirkətlər də iştirak edəcək.

Ən mühüm dəyişikliklərdən biri istifadəçi məlumatlarının yalnız ABŞ ərazisində yerləşdirilməsi və proqram kodunun yoxlanılması olacaq. Bununla yanaşı, TikTok-un kontent tövsiyə alqoritmi yenidən qurulacaq və yalnız Amerika istifadəçi bazasına uyğunlaşdırılacaq. Ağ Ev hesab edir ki, bu addım Çin hökumətindən gələn bütün potensial təhlükələri aradan qaldıracaq.

Bununla belə, ekspertlər razılaşmanın həyata keçirilməsinin çətin olacağını deyirlər. Marketinq üzrə mütəxəssis Ari Laytman vurğulayıb ki, illərlə formalaşmış TikTok alqoritmini sıfırdan yenidən qurmaq “son dərəcə mürəkkəb” proses olacaq. ABŞ Konqresində də yeni razılaşmaya ehtiyatla yanaşılır, bəzi respublikaçı qanunvericilər Çinə qismən də olsa asılılıq riskinin qalacağından narahatdır.

Donald Tramp isə razılaşmanı “170 milyon amerikalı istifadəçinin təhlükəsizliyi üçün böyük qələbə” adlandırıb. O, Çin lideri Si Cinpinin də ötən həftəki telefon danışığında bu plana razılıq verdiyini açıqlayıb. Bununla belə, analitiklər bildirirlər ki, yeni razılaşmanın hüquqi əsaslara tam uyğunluğu yaxın aylarda məhkəmələrdə müzakirə olunacaq.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 Sentyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri