Icma.az
close
up
RU
® “TIME” jurnalında “Azerconnect Group”un fəaliyyətindən bəhs edilib AZƏRTAC

® “TIME” jurnalında “Azerconnect Group”un fəaliyyətindən bəhs edilib AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

“TIME” jurnalında “Azerconnect Group”un fəaliyyətindən bəhs edilib

Dünyanın ən nüfuzlu nəşrlərindən biri olan “TIME” jurnalı Azərbaycan haqqında hazırladığı məqalədə “Azerconnect Group”un fəaliyyətindən bəhs edib. “Azerconnect Group Azərbaycanı dünyaya bağlayır” adlı məqalədə “Azerconnect Group”un ölkənin aparıcı İKT şirkəti olması, həmçinin bu il dünyanın telekommunikasiya nəhəngi “Vodafone”la strateji tərəfdaşlığa başlaması qeyd olunub. Bildirilib ki, bu tərəfdaşlıq şirkətə rəqəmsallaşma, təhlükəsizlik əməliyyatları mərkəzləri, şəbəkə texnologiyaları və kommersiya xidmətləri kimi mühüm sahələrdə inkişafı daha da sürətləndirməyə imkan verəcək.

“Azerconnect Group”un baş direktoru Emil Məsimov nəşrə müsahibəsində şirkətin ölkədə qabaqcıl texnologiyaların tətbiqi üçün kifayət qədər resursu və güclü infrastrukturu olduğunu qeyd edib: “Telekommunikasiya və İKT sahəsində sürətlə baş verən yeniliklər uzunmüddətli planlama baxımından əsl çağırışdır. Bu çağırışların öhdəsindən gəlmək üçün bazardakı dəyişikliklərə çevik reaksiya olduqca önəmlidir”.

Məqalədə, həmçinin bildirilib ki, “Azerconnect Group” “Deloitte” şirkəti tərəfindən təsis olunmuş “Best Managed Companies Azerbaijan 2024” müsabiqəsinin qalibi seçilib, həyata keçirilən innovativ təşəbbüslərə görə “Top Employers Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) və digər beynəlxalq təşkilatların mükafatlarına layiq görülüb.

Eyni zamanda, materialda şirkətin dayanıqlılıq sahəsində icra etdiyi layihələr barədə məlumat da yer alıb. Vurğulanıb ki, qabaqcıl biznes modellərinin tətbiqi nəticəsində şirkət enerji səmərəliyini əhəmiyyətli dərəcədə artıraraq, enerji istehlakını 60%-ə qədər azaldıb.

“TIME” jurnalında dərc olunan məqalə ilə bu linkə keçid etməklə tanış olmaq olar.

“Azerconnect Group” haqqında

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.

“Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see253

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see191

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see187

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see151

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see135

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri