Icma.az
close
up
RU
“TIME” jurnalında “Azerconnect Group”un fəaliyyətindən bəhs edilib

“TIME” jurnalında “Azerconnect Group”un fəaliyyətindən bəhs edilib

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Dünyanın ən nüfuzlu nəşrlərindən biri olan "TIME” jurnalı Azərbaycan haqqında hazırladığı məqalədə "Azerconnect Group”un fəaliyyətindən bəhs edib. "Azerconnect Group – Azərbaycanı dünyaya bağlayır” adlı məqalədə "Azerconnect Group”un  ölkənin aparıcı İKT şirkəti olması, həmçinin bu il dünyanın telekommunikasiya nəhəngi "Vodafone”la strateji tərəfdaşlığa başlaması qeyd olunub. Bildirilib ki, bu tərəfdaşlıq şirkətə rəqəmsallaşma, təhlükəsizlik əməliyyatları mərkəzləri, şəbəkə texnologiyaları və kommersiya xidmətləri kimi mühüm sahələrdə inkişafı daha da sürətləndirməyə imkan verəcək. 

"Azerconnect Group”un baş direktoru Emil Məsimov nəşrə müsahibəsində şirkətin ölkədə qabaqcıl texnologiyaların tətbiqi üçün kifayət qədər resursu və güclü infrastrukturu olduğunu qeyd edib: "Telekommunikasiya və İKT sahəsində sürətlə baş verən yeniliklər uzunmüddətli planlama baxımından əsl çağırışdır. Bu çağırışların öhdəsindən gəlmək üçün bazardakı dəyişikliklərə çevik  reaksiya olduqca önəmlidir”. 

Məqalədə, həmçinin bildirilib ki, "Azerconnect Group” "Deloitte” şirkəti tərəfindən təsis olunmuş "Best Managed Companies Azerbaijan 2024” müsabiqəsinin qalibi seçilib, həyata keçirilən innovativ təşəbbüslərə görə "Top Employers Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) və digər beynəlxalq təşkilatların mükafatlarına layiq görülüb.

Eyni zamanda, materialda şirkətin dayanıqlılıq sahəsində icra etdiyi layihələr barədə məlumat da yer alıb. Vurğulanıb ki, qabaqcıl biznes modellərinin tətbiqi nəticəsində şirkət enerji səmərəliyini əhəmiyyətli dərəcədə artıraraq, enerji istehlakını 60%-ə qədər azaldıb. 

"TIME” jurnalında dərc olunan məqalə ilə bu linkə (hiperlink: https://time.com/partnercontent/) keçid etməklə tanış olmaq olar.

"Azerconnect Group” haqqında

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən "Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.

"Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:320
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see286

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see275

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see272

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see266

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see266

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see255

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see250

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see249

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see245

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see243

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see230

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see225

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see224

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see224

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see221

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see217

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see213

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see212

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see206

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri