Icma.az
close
up
RU
“TimeTürk”: Azərbaycanın mövqeyi Parisin müstəmləkəçi simasını dünyaya bir daha nümayiş etdirib

“TimeTürk”: Azərbaycanın mövqeyi Parisin müstəmləkəçi simasını dünyaya bir daha nümayiş etdirib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Ankara, 9 sentyabr, AZƏRTAC

Qərbin insan haqlarını və demokratiyanı qorumağa çalışması ilə bağlı iddiaları reallıqla ziddiyyət təşkil edir. Qərb ölkələrinin “yüksək idealları”, əslində, geosiyasi məqsədlərə çatmaq üçün bir vasitədir. Buna misal olaraq, Fransanın Yeni Kaledoniyadakı müstəmləkəçilik siyasətini göstərmək olar. Azərbaycanın bu məsələdə mövqeyi dünyaya Parisin əsl simasını görməyə imkan verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “TimeTürk” nəşri “Fransa, Yeni Kaledoniya və seçki vicdanı” sərlövhəli məqaləsində yazır.

Məqalənin müəllifi Şakir Kurter xatırladır ki, Fransa hələ 1853-cü ildə Yeni Kaledoniyanı ələ keçirib və bu ərazi qurumu bu günə kimi “dünyada müstəmləkəçiliyin ən rüsvayçı nümunələrindən biri” olaraq qalır.

“Paris uzun illərdir ki, Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı referendumu təxirə salır, seçki proseslərinin nəticələrini manipulyasiya edir və bölgənin etnik tərkibini yerli əhalinin - kanakların zərərinə dəyişməyə çalışır. XXI əsrin Yeni Kaledoniyasında, əslində, Parisin XIX əsrdəki Əlcəzair ssenarisi olduğu kimi təkrarlanmır. Onlar digər ölkələrin daxili işlərinə qarışaraq mühazirə oxuyurlar, xüsusən də fransızlar Türkiyədə “kürd məsələsi”ni aktiv şəkildə müzakirə edir və ya Azərbaycanla bağlı ermənipərəst bəyanatlar verirlər. Elə həmin Paris Suriyada terrorçuları dəstəkləyir”, -deyə nəşr vurğulayır.

Kurter daha sonra yazır ki, söhbət Fransanın özündən və ya dənizaşırı ərazilərdəki vəziyyətdən gedəndə, Paris yerli əhalinin, o cümlədən Korsika sakinlərinin hüquqlarını pozmaq üçün sistemli addımlar ataraq “maskasını kənara atır”.

Məqalədə deyilir: “Azərbaycanın Yeni Kaledoniya sakinlərinin hüquqlarını müdafiə edən hərəkatı dəstəkləməsi Parisin “seçki vicdanına” güclü zərbə vurdu. Yeni Kaledoniyada keçirilən mitinqlərdə Azərbaycan Bayrağının qaldırılması Parisdə ciddi narahatlığa səbəb olub, satın alınmış Qərb mediası isə Bakını “təxribatlarda” ittiham etməyə başlayıb. “Azadlıq lövhəsi” və Qərbin mənəvi üstünlüyü iddiaları artıq ədalətin tələblərinə uyğun gəlmir”.

Məqalənin müəllifi Azərbaycanın Yeni Kaledoniya ilə bağlı mövqeyini “Qərbin seçkilərə yanaşmasını məhv etməyə yönəlmiş manifest” adlandırır. “Ədalət Qərbin ikiüzlülüyünün deyil, ümumbəşəri dəyərlərin təzahürüdür”, - deyə Kurter vurğulayır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri