Timoşenko Ukraynada müharibənin “Koreya ssenarisi” ilə sona çatacağını bildirdi
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko müharibənin bitməsi üçün mümkün variantları müzakirə edib.
Gununsesi.info xəbər verir ki, Timoşenko bildirib ki, Ukrayna müharibəsinin sonunda Koreya yarımadasındakı vəziyyətə bənzər bir ssenari həyata keçirilə bilər. Yəni müharibə cəbhəsinin dondurulması və hərbi münaqişənin qarşısının alınması üçün rəsmi sülh müqaviləsi imzalanmadan, demilitarizasiya zonası yaradılması mümkündür. Bu, Şimali Koreya ilə Cənubi Koreya arasında həyata keçirilən sülh müqaviləsi ilə bənzər bir həll ola bilər.
Timoşenkonun sözlərinə görə, bu mərhələdən dərhal sonra müvəqqəti sülh elan edilməsi ilə Ukraynada seçkilər keçirilə bilər.
O hesab edir ki, belə bir ssenarinin həyata keçirilməsi, müharibənin dayandırılmasında və ölkə daxilində siyasi sabitliyin təmin edilməsində mühüm rol oynaya bilər.


