Icma.az
close
up
RU
“TIR dan 63 kq narkotik çıxdı, yaşlı atam günahsız yerə həbsə düşdü”

“TIR dan 63 kq narkotik çıxdı, yaşlı atam günahsız yerə həbsə düşdü”

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“40 ildir TIR sürücüsü olan atam 2025-ci il sentyabrın 12-dən Naxçıvanda cəzaçəkmə müəssisəsində saxlanılır”. 

Bunu “Qafqazinfo”ya həbsdə olan Miribrahim Kərimovun oğlu Mirağa Kərimov deyib.

Atasının günahsız olduğunu hesab edən şikayətçinin sözlərinə görə, hər şey İrandan zəng gəldikdən sonra başlayıb: “Atam TIR sürücüsüdür, sifariş olduğu zaman Bakıdan İrana, Türkiyəyə, Gürcüstana, Rusiyaya gedir. Sentyabrın 12-də atama İrandan zəng gəldi və bildirdilər ki, Türkiyəyə yük daşınmalıdır. Atam da Culfadan İrana keçdi, maşına İran gömrüyünün ətrafında mallar yükləndi. Daha sonra yüklər plomblandı, elə həmin gün də Culfaya qayıtdı. Lakin Culfada maşın yoxlanılarkən yükün içərisindən 63 kq narkotik çıxıb. Atamı elə həmin gündən Naxçıvanda cəzaçəkmə müəssisəsində saxlayırlar”.

Mirağa Kərimov hadisə ilə əlaqədar araşdırmaların zəif aparıldığını düşünür: “2 dəfə məhkəmə olub, atama danışmağa, özünü müdafiə etməyə imkan vermirlər. Yanvarın 12-də 3-cü məhkəməsi keçirildi. İranda tutduğumuz vəkilin köməkliyi ilə bəzi sənədləri toplayıb gətirdik, lakin prokuror qəbul etmədi. Atam da etirazını bildirdiyinə görə növbəti məhkəmə prosesini fevralın 17-nə təyin etdilər. Lakin prokurorun səhhətində problem olduğu üçün ötən gün məhkəmə keçirilmədi və növbəti proses martın 6-na təyin edildi.

Məsələ ilə bağlı araşdırma aparılmır, işi bağlamağa çalışırlar. Biz İranda da, Naxçıvanda da vəkil tutmuşuq. İşi izləsək də, bu gedişlə heç nə əldə edə bilməyəcəyik. Tələbimiz ondan ibarətdir ki, iş dərindən araşdırılsın. Maşının içərisindən 63 kq narkotik çıxıb, amma ortada da heç kim tapılmadı”.  

Vətəndaş bildirir ki, əllərində malların TIR-a yüklənmə anının görüntüləri də var: “Həmin kisədəki məhsullar pəncərə istehsal etmək üçün xammallardır. Kisələr də zavoddan çıxıb, bağlanılıb, tikilib. Daha sonra gömrük yoxlanışında kisələrin içərisindən narkotik çıxıb. 63 kq narkotik külli miqdarda pul deməkdir və biz onun ödənişini heç vaxt edə bilmərik. Heç bir sürücü də Naxçıvan gömrüyündən narkotik keçirməyə risk edə bilməz, çünki orada çox güclü yoxlanış var. İranda həmin malları TIR-a yükləyən adamları araşdırıb tapıblar. Onların telefonları dinlənilib, fəhlələr araşdırılıb, lakin heç nə tapılmadı. Orada tutduğumuz vəkil həmin malı istehsal edən zavodu polisə verəcək. Atamın 63 yaşı var, yaşlı adamdır, günahsız yerə həbsə düşməməlidir. İstəyirik ki, iş lazımı qurumlara çatsın və araşdırılsın, məsələ ilə bağlı dövlətimiz ədalətli qərar versin”.

Məlumat üçün bildirək ki, bənzər hadisə “Cənub-Astara” gömrük postunda da qeydə alınmışdı. Sonradan 34 yaşlı sürücü Zeynal Tağızadə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirsiz elan edilmişdi. Qərara təsir göstərən əsas səbəblər maşına baxış keçirən gömrük inspektoru və hal şahidinin ifadələri olmuşdu.

Mədinə Useynova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Fevral 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri