Icma.az
close
up
RU
Tirana sammitini Bakının diplomatik uğuru kimi qəbul etmək lazımdır

Tirana sammitini Bakının diplomatik uğuru kimi qəbul etmək lazımdır

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Tiranada keçirilən sammiti sözsüz ki, Bakının diplomatik uğuru kimi qəbul etmək lazımdır. Bu tədbir ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir.
Məlumdur ki, Avropa Siyasi Birliyi sammiti Avropa ölkələri arasında əməkdaşlığı gücləndirmək üçün 2022-ci ildə yaradılmış bir platformadır. Məqsəd Avropa ölkələrinin öz siyasətlərini əlaqələndirilməsi, qitədə təhlükəsizlik, sabitlik və inkişfın təmin edilməsi, xüsusilə də Ukraynada müharibə səbəbilə başlayan enerji böhranından çıxış yollarının tapılması üçün siyasi dialoqa və əməkdaşlığa kömək etməkdir. Avropa Siyasi Birliyinə Avropa İttifaqının üzvü olmayan ölkələr, o cümlədən Böyük Britaniya, Azərbaycan, İslandiya, Ukrayna, Moldova, Türkiyə, Gürcüstan və Ermənistan da daxildir.
Bu dəfəki sammit sayca altıncı sammitdir və “Yeni dünyada yeni Avropa: birlik - əməkdaşlıq - birgə fəaliyyət” devizi altında keçirildi. Müzakirə olunan mövzular sırasında Rusiyanın Ukraynaya təcavüzü də daxil olmaqla, Avropanın təhlükəsizliyi, demokratik davamlılığı və iqtisadi və enerji təhlükəsizlik kimi məsələlər yer aldı.
Avropanın enerji təhlükəsizliyndə mühüm rol oynayan ölkəmiz üçün təbii ki, bu cür platformalarda iştirak mühüm əhəmiyyət kəsb edir. Ölkəmiz Cənub Qaz Dəhlizi kimi strateji layihələrdə mühüm rol oynayır və Avropanın 10 ölkəsinə qaz tədarük edən enerji ölkəsi kimi rolu da durmadan artmaqdadır. Eləcə də ölkəmizin Qərb və Şərqin kəsişməsində yerləşməsi ölkəmizin strateji və geosiyasi əhəmiyyətini artırır. Ən əsası isə ölkəmizin Cənubi Qafqaz regionunun lider dövləti olması, həm Qərb, həm də islam ölkələri və türk dünyası ölkələri ilə qarşılıqlı faydalı münasibətlər quran dövlət olması müxtəlif siyasi platformalarda aparıcı mövqedən çıxış etməyə imkan verir.
Dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində bu gün ölkəmizin siyasi və iqtisadi potensialının artdığını, regionda söz sahibi olan dövlətə çevrilməsini, beynəlxaql miqyasda nüfuzunun artdığını hər kəs qəbul edir. Artıq Azərbaycana xoş münasibət bəsləməyən dairələr belə ölkəmizin dünyaya inteqrasiya edən, kifayət qədər açıq dövlət olduğunu, geniş xarici iqtisadi əlaqələr quran, beynəlxalq siyasi təşkilatlarda fəal iştirak edən, mədəniyyətlərarası dialoqa töhfə verən ölkə olaraq qəbul edirlər və hesablaşırlar.
ASB-nin Tirana Sammiti yaxın keçmişdə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdə müşahidə olunan gərginliyin arxada qaldığını göstərdi. Azərbaycan özünün prinsipial mövqeyi ilə Aİ-yə rəsmi Bakıya nəyisə diqtə etməyin mənasız olduğunu, qarşılıqlı əməkdaşlığın diqtəyə yox dialoqa və qarşılıqlı faydalılıq pronsiplərə əsaslanmalı olduğunu qəbul etdirə bildi. Belə demək mümkünsə Fransanın timsalında bir sıra dövlətlərin və lobbi qruplarının Ermənistanı regionda Avropa İttifaqı üçün yeganə etibarlı tərəfdaş kimi təqdim etmək cəhdlərinə baxmayaraq, Bakı sistemli və prinsipial siyasəti ilə bu səylərin qarşısını almağı bacardı.
Avropa Siyasi Birliyinin sammiti beynəlxalq birliyin Azərbaycan olan münasibətini və ölkəmizə olan ehtiyacı qabarıq şəkildə ortaya qoymuş oldu.
Yusif Bağırzadə, politoloq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 May 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri