“Tiranada gözəl qızlar var” Epşteyn dosyesində Yaqland Rusiya bağlantısı
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ceffri Epşteyn mövzusunun qlobal skandala çevrilməsinin tək səbəbi onun azyaşlıları cinsi istismara cəlb etməsi ilə bağlı deyil. Diqqət çəkən məqam həm də müştərilər sırasında dünyanın ən ünlü simalarının görünməsidir. Britaniya kral ailəsinin üzvlərindən başlamış ABŞ rəsmiləəərinə, məşhur milyarderlərə qədər yüzlərlə şəxsin adı siyahıda keçir. Şahzadə, York hersoqu Andrew, prezident Bill Klinton, İtaliyanın baş naziri Silvio Berlusconi, milyarder İlon Mask... və digərləri Epşteynin iyrənc və qanunsuz xidmətlərindən yararlanmaqda ittiham olunurlar.
Narahatlıq doğuran hal odur ki, bu şəxslər arasındakı təmaslar qanunsuz seks əyləncələrinə qatılmaqla bitməyib. Münasibətlər həm də siyasi müstəviyə daşınıb. Ayrı-ayrı ölkələrin, dövlətlərin, bütövlükdə xalqların taleyini həll edən siyasi qərarlar verilərkən, “Epşteyn klubunda təmsilçilik” faktoru da nəzərə alınıb.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən ötən həftə açıqlanan “Epstein sənədləri”ndə Avropa Şurasının 10 il müddətində baş katibi olmuş Torbyorn Yaqlandın da adı keçir. Sənədlərdən görünür ki, Yaqland Epsteinlə şəxsi əlaqələrə malik olub. 2012-ci ildə elektron poçt üzərindən Epsteinə yazdığı məktubunda Albaniyaya rəsmi səfərindən bəhs edib. Daha sonra qeyd edib ki, “Tiranada gözəl qızlar var”. Bu ifadə mediada geniş müzakirə olunub Yaqlanda hədyanlar yağdırılsa da, sonradan onun daha ciddi qüsurları tapılıb. Bəlli olub ki, AŞ baş katibi ayrı-ayrı ölkələrin rəhbərləri ilə Epştein arasında vasitəçilik edib və bunun üçün özünün diplomatik statusundan yararlanıb.
Sənədlərdən görünür ki, 2016–2018-ci illərdə Yaqland və Epstein arasında təmaslar daha intensiv olub və “diplomatik xidmətlər”dən kənar çıxıb. Məsələn, Epstein Yaqland vasitəsilə Rusiyalı diplomatlarla əlaqlər qurub, onlarla işgüzar müzakirələr aparıb. Hətta prezident Vladimir Putinə qədər nüfuz edib. Son yayılan sənədlərdə Yaqlandın vasitəçilik missiyasını çox uğurla icra etdiyi görünür. 2018-ci ilin 27 iyun tarixli elektron məktubunda Epstein Yaqlanda deyir ki, “Lavrov mənimlə danışmaqla Trump haqqında faydalı məlumat əldə edə bilər”. “The independent” yazır ki, Epştein Yaqlandın diplomatik statusundan bəs qədər yararlanıb (https://www.independent.co.uk/news/world/europe/epstein-files-vladimir-putin-russian-visa-b2912726.html).
Moskva Yaqland qarşısında hansı şərtləri qoyub?
2014, 2015 və 2018-ci illərdə Rusiyalı diplomatlarla görüşə can atan Epştein onlarla “iqtisadi mövzularda söhbət etmək” istədiyini ifadə edib. Maraqlıdır, bəs Rusiyalı diplomatlar bu görüşlərin qarşılığında Epşteindən, xüsusilə Yaqlanddan nə istəyiblər? Təbii ki, bu bağlantılar Avropa Şurasının fəaliyyətində, yanlış siyasi qərarların qəbul edilməsində özünü büruzə verib.
Ukraynanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndəliyinin keçmiş rəhbəri Volodimir Ariev 2017-ci ilin oktyabr ayında bəyanat verərək, Turbyorn Yaqlandı açıq tekstlə tənqid edib: “Avropa Şurasının baş katibi Turbyorn Yaqland hamını təəccübləndirməkdə davam edir. Belə təəssürat yaranır ki, artıq kimin nə etdiyinin, nə dediyinin onun üçün heç bir əhəmiyyəti yoxdur. O, birmənalı şəkildə Rusiyanın tərəfini tutur, Ukraynaya arxa çevirir” (https://www.ukrinform.net/rubric-polytics/2504444-has-the-council-of-europe-finally-reached-the-crossroads-asks-senior-ukrainian-deputy-volodymyr-ariev.html).
Ukrayna təmsilçisi açıqlamasında deyib ki, “AŞ baş katibi Turbyorn Yaqland Krımın Rusiya tərəfindən ilhaq edilməsi faktına göz yumur. Bütün qüvvəsini sərf edərək, Rusiya nümayəndə heyətinə tətbiq edilən sanksiyaları aradan qaldırmağa, onları AŞPA-nın sessiya zalına qaytarmağa çalışır”. Volodimir Arievin açıqlamasından belə məlum olur, o, “Yaqlandın bu sirli davranışın səbəblərini anlamır. Avropa Şurasının “dəyərlər böhranı” keçirdiyini zənn edir”.
Volodimir Arievi təəccübləndirən “sirli davranış”ın səbəbləri indi ortaya çıxır. Bəlli olur ki, Avropa Şurasına 10 il müddətində rəhbərlik etmiş Turbyorn Yaqland Epştein işi üzərindən Rusiyaya bağlı olub. Şirnikləşdirmə və şantaj qarşılığında Rusiyanın diktəsinə boyun əyib. Avropa Şurasında Rusiyanın maraqlarına xidmət edən qərarların verilməsini təşkil edib.
Sabiq baş katibin ikiüzlü davranışı təkcə Ukraynaya qarşı sərgilədiyi münasibətdə üzə çıxmayıb. Onun Azərbaycana qarşı münasibəti də eyni qəbildən olub.
Turbyorn Yaqland Azərbaycana qarşı çirkli oyunlarda rol alıb
Avropa Şurası ilə Azərbaycan arasında ilk ciddi anlaşmazlıq 2015-ci ildə üzə çıxıb. Həmin dövrdə Şuranın baş katibi olan Torbyorn Yaqland “Azərbaycanda insan haqları üzrə birgə işçi qrup”dan çıxdığını bəyan edib. Ardınca AŞ-nin Nazirlər Kabinetinə müraciət edib ki, onun mövqeyini dəstəkləsin, tamamlayıcı addımlar atsın. Hansı ki, “Azərbaycanla birgə işçi qrup” məhz Torbyorn Yaqlandın təşəbbüsü və xahişi ilə yaradılıb. 2015-ci ildə isə o, qrupu qəfil tərk etməklə Azərbaycan ətrafında lüzumsuz söz-söhbətə yol açıb. Belə nəticə çıxdı ki, AŞ-nin baş katibi ikibaşlı oyun quraraq, ölkəmizin adını qaralamaq üçün zəmin hazırlayıb. Əvvəlcə “Azərbaycanda insan haqları üzrə birgə işçi qrup”un formalaşdırlmasına təşəbbüs göstərib. Daha sonra qrupdan çıxmaqla, insan haqlarının pozulması yönündə itthamlar formalaşdırıb (https://kaspi.az/az/torbrn-yaqlandin-ikiuzluluyu).
Torbyorn Yaqland Avropa Şurasının baş katibi postunda 2019-cu ilə qədər qalıb. Bu müddət ərzində Azərbaycanın adını qaralamaq üçün var gücü ilə çalışıb. 2017‑ci ildə Azərbaycana qarşı sərt bəyanatlar verərək, diqqət çəkib. Azərbaycan Xarici İşlər Nazirliyi bu bəyanatlara əks reaksiya verərək, Yaqlandı ölkəmizin daxili işlərinə müdaxilə etməkdə qınayıb.
Yaqland bütün bunları nə üçün edib? Əslində Ukraynaya, Krıma qarşı münasibəti onun bütün siyasi mahiyyətini ortaya qoyur. “Epştein biznesi” üzərindən ələ alınmış Torbyorn Yaqland bütün post-sovet məkanında Rusiyanın maraqlarını təmin etmək üçün çalışıb. Sovet imperiyasından qoparaq yenicə müstəqillik qazanmış, Qərbə yön almış dövlətləri, xalqları Qərbdən narazı salmaq, Rusiyanın himayəsinə sığınmağa məcbur etmək üçün hər cürə vasitəyə əl atıb. Öz məqsədinə çatmaq üçün Avropa Şurasını və baş katib postunu da alət edib.
Biz bu barədə hələ 4 il qabaq, “Epştein sənədləri” ictimailəşdirilməmişdən öncə yazmışdıq. “Avropa Şurası adından Azərbaycana qarşı qəbul edilən qətnamələrdə Rusiya izi” başlıqlı məqaləni dərc edərək, ziddiyyətli görünən məqamlara aydınlıq gətirmişdik (https://qafqazinfo.az/news/detail/moskva-oz-elaltilari-vasitesile-azerbaycana-qarsi-texribatlar-toretmeye-calisir-379025). Həmin dövrdə Avropa Şurasının, baş katib Torbyorn Yaqlandın ziddiyyətli davranışlarının səbəbləri ehtimalən görünürdü. Bu gün isə faktlarla təsdiqini tapır. ABŞ Ədliyyə Nazirliyinin açıqladığı “Epştein sənədləri” hər şeyi faktlarla, sübutlarla ortaya qoyur.
Avropa Şurasındakı çirkin oyunlar Torbyorn Yaqlandın gedişi ilə bitibmi? Təbii ki, yox. Görünən budur ki, vəziyyət düzəlmək əvəzinə daha da pisləşib, Avropa institutları hər cürə çirkabın içinə düşüb.
Müşfiq Ələsgərli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 03 Fevral 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















