Icma.az
close
up
RU
Tiranadan verilən mesaj: Qərbin Azərbaycana artan ehtiyacı nələr vəd edir?

Tiranadan verilən mesaj: Qərbin Azərbaycana artan ehtiyacı nələr vəd edir?

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müasir beynəlxalq münasibətlər sistemində dəyişən geosiyasi reallıqlar fonunda balanslı və çevik xarici siyasət yürütmək yalnız dövlətlərin deyil, həm də liderlərin strateji düşüncə qabiliyyətindən asılıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu baxımdan beynəlxalq arenada uğurlu diplomatik təşəbbüsləri və milli maraqlara əsaslanan kursu ilə seçilir. İranla strateji əməkdaşlıq haqqında imzalanan birgə bəyanat, eyni zamanda “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak üçün Albaniyaya həyata keçirilən işgüzar səfər Azərbaycanın həm region daxilində, həm də qlobal müstəvidə tarazlaşdırılmış xarici siyasət kursunun təntənəsi kimi qiymətləndirilə bilər. Daha açıq və səmimi desək, Prezident İlham Əliyev bu yanaşması ilə diplomatiya sahəsində ustad dərsi keçir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Son illərin təcrübəsi “Avropa Siyasi Birliyi”nin sammitlərinin Azərbaycanın beynəlxalq mövqeyini gücləndirmək üçün uğurlu platformaya çevrildiyini göstərir: 

"Xüsusilə də 3 il öncə keçirilmiş Praqa sammitində Azərbaycan Prezidenti cənab İlham Əliyev strateji diplomatik addımlarla Ermənistan və onun havadarlarının, o cümlədən Fransa və Avropa İttifaqının planlarını puç etdi. Həmin dövrdə bu qüvvələr Azərbaycanın ərazi bütövlüyünü siyasi yolla zəiflətmək niyyətində idilər. Lakin cənab Prezidentin iradəli və məharətli çıxışları nəticəsində həm Fransa Prezidenti Emmanuel Makron, həm də Ermənistan Baş naziri Nikol Paşinyan ölkəmizin ərazi bütövlüyünü tanımağa məcbur oldular. Bu uğurun nəticələrindən biri də Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarının vaxtından əvvəl bölgədən çıxarılmasına zəmin yaratması oldu".

Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

Müsahibimizin sözlərinə görə, Praqa sammitindən sonra başlayan dövrdə Azərbaycan müxtəlif təzyiqlərə və qərəzli hücumlara məruz qaldı. Anti-terror tədbirləri, COP29 öncəsi kampaniyalar və xüsusilə təbii sərvətlərimizə görə ölkəmizin hədəf seçilməsi beynəlxalq təzyiqlərin bir hissəsi idi. Lakin bütün bu proseslərdə Prezident İlham Əliyev geri çəkilmədi, əksinə, Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyindəki rolunu daha da artırdı. Avropa bu gün artıq ölkəmizə qaz tədarükünü artırmaq xahişi ilə yanaşır. Vaxtilə tənqid edilən qazıntı yanacağı indi Avropa üçün alternativ enerji mənbəyinə çevrilib:

"Bununla yanaşı, Azərbaycanın üzərindən keçən Orta Dəhliz üzrə yüklərin daşınması ildən-ilə artır, bu da vaxtında qurulmuş infrastrukturun və ölkədəki sabitlik mühitinin bariz nəticəsidir. Bu mənada, Prezident İlham Əliyevin Tirana sammitinə dəvət olunması Qərbin Azərbaycana artan ehtiyacının açıq göstəricisidir".

Deputat onu da əlavə edib ki, dünyada güc mərkəzləri arasında ziddiyyətlərin dərinləşdiyi bir zamanda, orta güc dövlətlərin rolu da artır. Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi nəticəsində Azərbaycan bu gün həm de-fakto, həm də de-yure regional və orta güc mərkəzi kimi tanınır. Artıq Qərb də əvvəlki illərdən fərqli olaraq, daxildən hansısa təsir agentləri ilə deyil, bilavasitə dövlətin özü ilə, yəni Azərbaycan Prezidenti ilə dialoqa üstünlük verir. Bu yanaşma onu göstərir ki, radikal və qeyri-ciddi ünsürlərin, sosial şəbəkələrdəki status və aksiyalarla siyasi mövqe qazanmağa çalışan qrupların dövrü keçmişdə qalıb:

"Bu baxımdan, antimilli ünsürlər anlamalıdırlar ki, xaricdən yönləndirilən təxribatlar, ucuz vədlər və xırda qrantlarla dövlət siyasətinə təsir göstərmək nəinki mümkünsüzdür, həm də cəmiyyət tərəfindən qəbul olunmur. Azərbaycanın bu gün yürütdüyü xarici siyasət milli maraqların tam təmininə və dövlət suverenliyinin qorunmasına xidmət edir".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:265
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 May 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri