Tıxac problemi yox, yol pulu dərdi yox: İşçilər üçün yeni fürsət
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Azərbaycanda evdən işin (məsafədən əmək) qanuniləşdirilməsi əmək bazarında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Əmək Məcəlləsində edilən dəyişikliklər təkcə işin icra formasını deyil, məşğulluq modelini, sosial təminat mexanizmlərini və regional inkişaf yanaşmasını da əhatə edir.
Yeni mexanizm işçilər üçün fiziki məkan asılılığını aradan qaldırır. Bu isə həm iş prosesinin daha çevik qurulmasına, həm də əmək məhsuldarlığının yüksəlməsinə imkan yaradır. Eyni zamanda, işəgötürənlər üçün ofis xərclərinin azalması baxımından əlavə üstünlüklər formalaşdırır.
Məsafədən iş formatı paytaxtda yerləşən şirkətlərdə regionlarda yaşayan ixtisaslı kadrların çalışmasını mümkün edir. Bu yanaşma daxili miqrasiyanın səngiməsinə, bölgələrdə gəlir imkanlarının genişlənməsinə və sosial tarazlığın qorunmasına töhfə verə bilər.
Azərbaycanda əsasən hansı peşə sahibləri evdən (məsafədən) işləyə biləcəklər? Evdən işləmə mexanizmi işsizliyin azalmasına təsir göstərə bilərmi?
Məsələ ilə bağlı “Cebheinfo.az”-a danışan iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, rəqəmsal texnologiyaların sürətli inkişafı əmək bazarında yeni məşğulluq formalarının yaranmasına səbəb olub:
“Pandemiyadan öncə biz toplantı üçün bilet alıb, təyyarəyə minib İstanbula gedirdiksə, bu gün müxtəlif onlayn platformalar vasitəsilə ilə həmin toplantını uzaqdan da edə bilirk. Bu baxımdan, evdən, yəni məsafədən işləmə modeli müasir dövrdə getdikcə daha geniş tətbiq olunur və xüsusilə bilik və xidmət əsaslı sahələrdə effektiv nəticələr verir.
Məsafədən işləmə əsasən informasiya texnologiyaları, media və kontent istehsalı, onlayn təhsil, maliyyə və biznes xidmətləri, hüquq məsləhətçiliyi, eləcə də onlayn satış və müştəri dəstəyi sahələrində çalışan mütəxəssislər üçün cox əlverişlidir.
Bu peşə sahələrində iş prosesinin rəqəmsal platformalar üzərindən idarə olunması fiziki ofisə olan tələbatı minimuma endirir”.Ekspert deyib ki, praktikada müəyyən çətinliklər yaratsa da, bir çox hallarda evdən işləmə mexanizmi düzgün tətbiq edildiyi təqdirdə işsizliyin azaldılmasına müsbət təsir göstərə bilər:
“Bu model regionlarda yaşayan vətəndaşların iri şəhərlərdə və hətta xaricdə yerləşən iş yerlərinə çıxış imkanlarını genişləndirir, qadınlar, xüsusilə də azyaşlı uşağı olan xanımlar və sosial baxımdan həssas qruplar üçün əlavə məşğulluq şəraiti yaradır. Eyni zamanda, qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi və ölkəyə əlavə valyuta axınının təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır.
Mən adam tanıyıram ki, Azərbaycanda oturub Hollandiya şirkəti üçün onlayn qaydada xidmət göstərir. Bu, çox müsbət haldır. Bununla yanaşı, məsafədən işləmə bütün sahələri əhatə etmir və əsasən xidmət sektorunda məhdudlaşır. Rəqəmsal bacarıqların yetərsizliyi, əmək hüquqlarının qorunması və sosial təminat mexanizmlərinin tam formalaşmaması bu modelin tətbiqində əsas çağırışlar sırasında qalır”.
O bildirib ki, ümumilikdə, evdən işləmə əmək bazarının modernləşdirilməsi və işsizliyin azaldılması üçün mühüm alət kimi dəyərləndirilir:
“Bu istiqamətdə davamlı nəticələrin əldə olunması üçün rəqəmsal bacarıqların inkişafı, hüquqi bazanın təkmilləşdirilməsi və dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi zəruri hesab olunur”.
Sevinc
“Cebheinfo.az”
Açar sözlər: məsafədən iş Asif İbrahimov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 14 Yanvar 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















