Azərbaycanda işçilər üçün YENİ QƏRAR
Icma.az bildirir, Bizim media portalına istinadən.
Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarına dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Maliyyə Nazirliyinin Kollegiyası qərar qəbul edib.
Dəyişikliyə əsasən, bundan sonra fiziki şəxs olan işəgötürənlər də işçilərini rəsmi qaydada ezamiyyətə göndərə biləcəklər.
Belə ki, işçinin fiziki şəxs olan işəgötürənin əmri, sərəncamı və ya qərarı ilə müəyyən müddətə başqa yerə iş tapşırığını yerinə yetirmək üçün göndərilməsi ezamiyyət hesab olunacaq.
Ezamiyyətlə bağlı sənədlərdə də artıq yalnız müəssisə və ya təşkilatın deyil, fiziki şəxs olan işəgötürənin məlumatlarının göstərilməsi nəzərdə tutulur.
Beləliklə, ezamiyyət qaydaları təkcə dövlət qurumları, müəssisə və təşkilatlarda çalışanlara deyil, fiziki şəxsin yanında əmək müqaviləsi ilə işləyən şəxslərə də şamil ediləcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 02 Oktyabr 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















