Icma.az
close
up
RU
Bakıda tıxacı belə azaltmaq olar Ekspert AÇIQLADI

Bakıda tıxacı belə azaltmaq olar Ekspert AÇIQLADI

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıdakı tıxacı azaltmaq üçün müxtəlif tədbirlər görülüb. Lakin şəhərdə vəziyyət dəyişmir, əksinə tıxac günü-gündən artır.

Görülən işlər niyə nəticə vermir və problemi həll etmək üçün hansı addımlar atıla bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, Bakıda tıxacı azaltmaq üçün müxtəlif işlər həyata keçirilir. Lakin bu işlər əksinə tıxacın artmasına daha çox təsir göstərir:

"Maşınların sayı günü-gündən artır və köhnə avtomobillər də sıradan çıxmır, onlar da istifadə olunur. Bu səbəbdən tıxacların sayı günü-gündən artır. Avtobus zolaqları və velosiped yolları çoxaldılsa da, avtomobildən imtina edib ictimai nəqliyyata minmək hələ mümkün deyil, çünki səhər pik saatlarında metro və avtobuslarda hələ də sərnişin sıxlığı olur. Bütün Azərbaycanın yarısı Bakıda yaşayır. Rayonlarda iş yerləri az olduğu üçün insanlar şəhərə üz tutur. İş yerlərinin və təhsil müəssisələrinin rayonlara yaxın açılması şəhərə axını azalda bilər. İş və təhsil rejimlərini səhər, günorta və axşam üç hissəyə bölmək, həmçinin metro stansiyalarının sayını artırmaq tıxacın azalmasına kömək edə bilər. Hazırda metro işi çox gec irəliləyir, yeni stansiyalar uzun illər çəkir.

Yol qovşaqlarında düzgün tənzimləmə aparılmaması da tıxacı artırır. Məsələn, Neftçilər prospekti və 20 Yanvar prospekti kimi yerlərdə işıqfor düzgün işləmir, bir tərəfdə iki dəqiqə, digər tərəfdə beş-on saniyə işləyir. Bu, tıxac problemini daha da dərinləşdirir. Avtomobil sayı çox olduğu üçün Bakıdan avtomobillərin sayını azaltmaq üçün iş yerləri və təhsil müəssisələri şəhərdən uzaqlaşdırılmalıdır".

Müsahibimiz əlavə etdi ki, növbəti illərdə şəhərin girişində ödənişli məhdudiyyət tətbiq ediləcəyi planlaşdırılır. Onun sözlərinə görə, bu, mərkəzdə tıxacı azaldacaq, amma digər ərazilərdə tıxac iki-üç dəfə artacaq, çünki mərkəzə girə bilməyən avtomobillər kənarda tıxacda qalacaq. 

"Parklanma problemləri də tıxaca təsir edir. Dar yollarda park üçün ayrılan yerlər avtomobil sıxlığını artırır. Şəhər planlamasında iş yerlərinin əksəriyyəti şəhərdə yerləşir, səhər axın şəhərə, axşam isə geriyə olur. Bu, insanların saatlarla yolda qalmasına səbəb olur. Velosiped yolları olsa da, iqlim şəraiti onların istifadəsini məhdudlaşdırır. İnsanlar skuter və velosipeddən gec istifadə edirlər, bu isə tıxac problemini artırır. Naviqasiya tətbiqləri də bəzən sürücüləri daha çox sıxlıqlı yollara yönləndirir, bu da problemi dərinləşdirir. Tikinti siyasəti də tıxacı artıran amillərdəndir. Yol kənarında az mərtəbəli binaların yerində çoxmərtəbəli göydələnlərin tikilməsi və hər mənzildə bir neçə avtomobilin olması şəhərdə sıxlığı artırır. Köhnə həyət evlərinin yerində parklar salmaq insanların həm istirahəti, həm də hərəkət rahatlığı üçün vacibdir. Tıxac probleminin həlli üçün avtomobil sayını azaltmaq, ictimai nəqliyyatı gücləndirmək və parklanma yerlərini artırmaq vacibdir. Yerüstü və yeraltı parklanma yerləri artırılmalı, iş yerləri və təhsil müəssisələri şəhərdən uzaqlaşdırılmalıdır ki, yaxın gələcəkdə bu məsələ öz həllini tapsın",- deyə ekspert sonda qeyd etdi.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Noyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri