Icma.az
close
up
RU
Tıxanan ara məhəllələr gün üzü görəcəkmi? Açıqlama

Tıxanan ara məhəllələr gün üzü görəcəkmi? Açıqlama

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırığına əsasən, paytaxtın mərkəzində piyada zonalarının yaradılması və abadlıq işləri həyata keçirilir. Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, artıq bir müddətdir, İslam Səfərli küçəsində Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən abadlıq-quruculuq işləri aparılır. 

Amma şəhərdən bir qədər kənarlarda tıxac səbəbindən dar küçələr maşın yoluna çevrilib. Sakinlərin sözlərinə görə, bir vaxtlar uşaqların oyun oynadığı, insanların rahatlıqla piyada gəzdiyi küçələrdə indi avtomobillər sürətlə hərəkət edir. Üstəlik, dəfələrlə həmin ünvanlarda yaşayan sakinlərin avtomobillərini zədələyib çıxıb gedirlər, lakin hadisəni törədənlər tapılmır.

Bəs, Bakının mərkəzində uğurla həyata keçirilən piyada zonalarının yaradılması layihəsi şəhər ətrafı ərazilərdə də tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı Ölkə.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, piyada zonaları avtomobil hərəkətinin məhdudlaşdırıldığı ərazilərə deyilir və orada, adından da göründüyü kimi, avtomobillərin hərəkəti ya tam qadağan edilir, ya da müəyyən vacib nəqliyyat vasitələrinin ora müəyyən vaxt çərçivəsində girməsinə icazə verilir.

Onun sözlərinə görə, bu zonalar adətən şəhərin bəzi yerlərinə aid edilir:

"Onlar qısa məsafələrdə həm istirahət, həm əyləncə, həmçinin müxtəlif qurumların sıx yerləşdiyi yerlərdə yaradılır, belə ki, bu qurumlar arasındakı məsafə qısadır. Belə yerlərdə piyada zonaları yaradıla bilər. Yəni, bu, ya park ola bilər, ya da əyləncə mərkəzi və ya dincəlmək üçün nəzərdə tutulmuş piyada zonaları təşkil edilir.

Bu da əsasən elə yerlərdə yaradılır ki, həmin ərazilərdə mühüm strateji obyektlər olmasın, yükdaşıma məsələləri orada az olsun, həmçinin ora girib-çıxmanı məhdudlaşdırarkən ciddi problemlər yaranmasın. Yəni bütün prioritetləri nəzərə alaraq piyada zonalarını yaratmaq mümkündür.

Amma bütün prioritetlərin hamısını nəzərə alanda demək olar ki, çox az bir əraziyə bunu şamil etmək olur. Yəni insanlar orada yaşayır, onların avtomobilləri, ora girib-çıxmaları və gətirdikləri yüklər müəyyən qədər problemlər yaradır. Ona görə də məhdud yerdə, çərçivədə belə piyada zonaları yaradılır. Piyada zonalarında əsas məqsəd piyadaların orada rahat hərəkət etməsi və gəzişməsidir. Bu, həm dincəlmək, həm sağlamlıq baxımından, həm də ümumiyyətlə hərəkət növü kimi piyadaların istifadəsini nəzərdə tutur. Yəni məsələyə bu cür yanaşılır. Şəhər ətrafında belə zonaların təşkili adətən məqsədəuyğun hesab edilmir, çünki orada məsafələr daha uzun olur və istifadəsi də daha az effektiv olur. Piyada zonaları adətən şəhər mərkəzlərində, mərkəzi hissələrdə, yəni böyük paytaxtlarda təşkil edilir".

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Oktyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri