Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Məhəllələr niyə dayanacağa çevrilir?

Məhəllələr niyə dayanacağa çevrilir?

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Qayda olmayanda hər kəs özünü haqlı sayır

Məhəllələr, bəlkə də, kimlərsə üçün adi görünən bu boz küçələr uşaqların oyun meydançasıdır. Onlar sərhəd tanımayan xəyalları ilə daş asfaltı yaşıl çəmənliyə çevirir, hasarları aşır, topun ardınca qaçarkən qayğısız dünyalarında bir qəhrəman olurlar. Məhəllələr xatirələrin, tanış səslərin, doğma insanların məkanıdır. Nəsillərdən-nəsillərə ötürülən bu dəyərlər bizə həmişə belə öyrədilib.

Redaksiyamıza ünvanlanan məktubda isə bu mənzərənin tədricən necə dəyişdiyi təsvir olunur. Sakinlər bildirirlər ki, Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsi ağırtonnajlı yük maşınlarının və TIR qoşqularının dayanacağına çevrilib. Dar məhəllə yolu gün ərzində bu nəhəng nəqliyyat vasitələri tərəfindən tutulur. Bu zaman həm hərəkət iflic olur, həm də uşaqlar və piyadalar üçün real təhlükə yaranır.

Oxucularımız bu haqda ürək ağrısı ilə yazırlar. Qorxurlar ki, bir anlıq diqqətsizlik və ya məsuliyyətsizlik faciələrə səbəb olar.

Məhəllə sakini İmam Şabanov yazır ki, dəfələrlə aidiyyəti qurumlara müraciət ünvanlayıb:

– Səttar Bəhlulzadə küçəsində, xüsusilə 7 saylı məktəbin qarşısındakı yolun hər iki tərəfi ağırtonnajlı nəqliyyat vasitələri ilə doludur. Əvvəllər burada yalnız bir-iki yük maşını olardı, indi isə bütün maşınlar bura gətirilir və bir neçə gün, hətta həftələrlə saxlanılır. Bəziləri yolun əks istiqamətində, qarşılıqlı vəziyyətdə park edir, bu isə sıxlığı daha da artırır.

Məsələni daha da mürəkkəbləşdirən odur ki, bəzi maşınların kabinə hissəsi götürülür, yalnız qoşqusu saxlanılır. Belə vəziyyətdə əyləc bağlanmasa və ya qismən işləsə, qoşqu öz-özünə sürüşər. Dar küçədə yerləşdiyinə görə, insanlara xəsarət yetirə bilər.

Mən Abşeron Rayon İcra Hakimiyyətinə və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məktub yazmışdım ki, tədbir görülsün. Aldığım cavablardan məlum oldu ki, məktəbin yuxarısı və ətrafına yük maşınlarının dayanmasının qadağan edilməsi ilə bağlı yol nişanları quraşdırılacaq. Təəssüf ki, hələ də heç bir tədbir görülməyib.

Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev qeyd etdi ki, məhəllələr sakinlər üçündür, yük maşınlarının isə xüsusi saxlanma yerləri var:

– İrihəcmli və ağır çəkili yük nəqliyyat vasitələri şəhərdaxili yaşayış infrastrukturu üçün nəzərdə tutulmayıb. Bu tip nəqliyyat vasitələrinin məhəllələrdə və dar küçələrdə saxlanılması yol hərəkətinin təhlükəsizliyi, ictimai asayiş və vətəndaşların gündəlik həyat şəraiti baxımından yolverilməzdir.

TIR (Beynəlxalq Yük Daşımaları) qoşquları hündür olduğundan azyaşlılar üçün ciddi təhlükə mənbəyidir. Məhəllələrdə oynayan uşaqlar bu qoşqulara dırmaşmağa cəhd göstərə, nəzarətsiz şəkildə hündürlükdən yıxılaraq ağır bədən xəsarətləri, baş və onurğa travmaları ala bilərlər. Bundan əlavə, qoşquların təkərləri və alt hissəsi böyük olduğu üçün bəzən sürücülər arxa tərəfi görməyə bilər, bu da bədbəxt hadisələrə səbəb olar.

Digər mühüm məsələ yol-nəqliyyat təhlükəsizliyinin pozulmasıdır. Məhəllədaxili yollar əsasən minik avtomobilləri, piyadaların hərəkəti üçün əlverişlidir. Dar küçələrdə yolun bir hissəsinin tutulması avtomobillərin sərbəst hərəkətinə maneə yaradır, ictimai nəqliyyatın və şəxsi avtomobillərin hərəkətini çətinləşdirir. Ağırtonnajlı TIR qoşqularının bu ərazilərdə saxlanılması yol nişanlarının görünməsinə də mane olur və manevr imkanlarını əhəmiyyətli dərəcədə azaldır. Nəticədə, yol-nəqliyyat hadisələrinin başvermə ehtimalı artır. Xüsusilə gecə saatlarında və işıqlandırmanın zəif olduğu ərazilərdə bu risklər daha çoxdur.

Ən təhlükəli məqam isə fövqəladə hallarla bağlıdır. Yanğın, təcili tibbi yardım və digər operativ xidmətlərin hadisə yerinə vaxtında çatması yolun açıq olmasından birbaşa asılıdır. Ağır yük nəqliyyat vasitələrinin məhəllələrdə saxlanılması bu xidmətlərin də hərəkətini ləngidə bilər. Mövcud normativ tələblərə baxsaq, görərik ki, ağırtonnajlı yük nəqliyyat vasitələri üçün xüsusi ayrılmış dayanacaq və parklanma zonaları var. Yəni bu nəqliyyat vasitələri üçün yer müəyyən olunub. Ona görə də yaşayış binalarının birbaşa yaxınlığında saxlanılması yol hərəkəti təhlükəsizliyi qaydalarına da, şəhərsalma prinsiplərinə də ziddir və normal hal hesab oluna bilməz.

Bu cür halların qarşısının alınması məqsədilə müvafiq icra və nəzarət orqanları tərəfindən monitorinq tədbirlərinin gücləndirilməsi, sürücülər arasında maarifləndirmə işlərinin aparılması və ağırtonnajlı yük nəqliyyat vasitələrinin yalnız bunun üçün nəzərdə tutulmuş ərazilərdə saxlanılmasının təmin edilməsi vacib hesab olunur.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə bildirdi ki, bu vəziyyətdə nə sürücünü, nə də sakinləri təqsirləndirmək doğru deyil. Əsas çatışmazlıq yol nişanlarının olmamasıdır:

– Əgər adıçəkilən nəqliyyat vasitəsi yolu zəbt edirsə və ya yol hərəkətinin digər iştirakçıları üçün real maneə yaradırsa, məsələ yol hərəkəti qaydaları çərçivəsində qiymətləndirilməlidir. Lakin söhbət şəxsi əmlakdan, yəni fiziki şəxsə məxsus nəqliyyat vasitəsindən gedir. Avtomobillə bağlı hər hansı hüquqi mübahisə, şikayət və ya tələbin hüquqi müstəvidə həlli məhz Dövlət Yol Polisi vasitəsilə həyata keçirilməlidir. “Bu nəqliyyat vasitələri niyə xüsusi dayanacaqlarda saxlanılmır?” sualı göründüyü qədər sadə deyil. Həmin avtomobillər konkret şəxslərə məxsusdur, texniki baxışdan keçirilir və qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun istismar olunur. Dövlət Yol Polisi yalnız dayanma və durmanın qadağan edildiyi ərazilərdə saxlanma faktı aşkar edildikdə inzibati cərimə tətbiq edə bilər.

Ancaq vətəndaşların sürücülərə hər hansı bir tələb irəli sürməsi hüquqi əsasdan məhrumdur. Çünki bu zaman avtomobilin saxlanılmasına dair məsuliyyət məsələsi ortaya çıxır. Dayanacağın təhlükəsizliyinə kim zəmanət verəcək, həmin ərazidə saxlanma üçün ödəniş tələb olunarsa, bunun məsuliyyəti kimə aid olacaq, avtomobilə zərər dəyərsə və ya hər hansı xoşagəlməz hadisə baş verərsə, cavabdeh kim olacaq?

Məhz bu suallar göstərir ki, məsələ yalnız yol hərəkəti qaydalarının pozulması ilə məhdudlaşdığı halda inzibati tədbirlərin tətbiqi mümkündür. Əgər konkret qayda pozuntusu yoxdursa, bu artıq hüquqi münasibətlər müstəvisinə keçir və şəxsi mülkiyyətin toxunulmazlığı prinsipi ön plana çıxır.

Problemlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. Qurumdan bildirildi ki, məsələ Abşeron Rayon Dövlət Yol Polisi İdarəsinə yönləndirildi və tezliklə həllini tapacaq.

Qeyd edək ki, oxşar hallar yalnız sözügedən ərazi ilə məhdudlaşmır. Şəhərin bir çox yerində də belə hallara rast gəlinir. Lakin görüləcək ardıcıl tədbirlər nəticəsində gözəl şəhərimiz daha rahat və təhlükəsiz məkana çevriləcək.

Fidan ƏLİYEVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:285
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see604

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see535

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see406

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see316

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see278

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see274

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see272

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see264

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see263

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see239

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see224

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see215

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see212

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see210

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see205

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see197

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see195

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see189

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see177

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri