Icma.az
close
up
RU
Tofiq Hüseynin 80 yaşı tamam oldu

Tofiq Hüseynin 80 yaşı tamam oldu

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Azərbaycan jurnalistikasının və ədəbi mühitinin tanınmış simalarından biri, Əməkdar jurnalist, şair və publisist Tofiq Hüseyn 80 illik yubileyini qeyd edir.


Bakupost.az xəbər verir ki, bu barədə Vətəndaş Həmrəyliyi Partiyası Feysbuk səhifəsində paylaşım edib.

Həmin paylaşımı təqdim edirik:

"1946-cı ildə Masallı rayonunun Məmmədxanlı kəndində dünyaya göz açan Tofiq Hüseyn yaradıcılıq yoluna hələ gənclik illərindən qədəm qoyub. Azərbaycan Dövlət Universitetində təhsil aldığı dövrdən başlayaraq poeziyaya və publisistikaya maraq göstərən müəllifin ilk şeirləri ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Sonrakı illərdə onun yaradıcılığı görkəmli söz ustaları tərəfindən yüksək qiymətləndirilib və bu etimad Tofiq Hüseyni Azərbaycan ədəbiyyatının tanınan simalarından birinə çevirib.

Peşəkar jurnalist kimi müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərən Tofiq Hüseyn ömrünün böyük hissəsini xalqın sözünü yazmağa, bölgələrin ictimai həyatını işıqlandırmağa, milli mətbuatın inkişafına həsr edib. Onun jurnalistikadakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilərək “Tərəqqi” medalı və “Əməkdar jurnalist” fəxri adı ilə təltif olunub.

Tofiq Hüseynin yaradıcılığı təkcə qəzet səhifələri ilə məhdudlaşmır. O, oxuculara dərin mənəvi məzmunu, vətən sevgisi və insan talelərinə həssas münasibəti ilə seçilən bir sıra dəyərli kitablar bəxş edib. Müəllifin “Sənə inanıram”, “Sənin yaxşılığın”, “Sabah sənin ad günündür”, “Şərurlu polkovnik”, “Əli Bayramlı hacıları”, “Adamları mənim yanıma dərd gətirir”, iki cilddə nəşr olunan “Seçilmiş əsərləri” və “Üzünə gün işığı düşən” kitabları onun zəngin yaradıcılıq dünyasının parlaq nümunələridir. Bu əsərlərdə müəllif həm insan talelərini, həm də dövrün ictimai-mənəvi mənzərəsini böyük ustalıqla qələmə alıb.

Sözə sədaqət, peşəyə məsuliyyət və yaradıcılığa sonsuz sevgi Tofiq Hüseynin həyat amalını təşkil edib. Onun keçdiyi yol gənc jurnalistlər və yaradıcı insanlar üçün örnəkdir.

Vətəndaş Həmrəyliyi Partiyası olaraq, dəyərli ziyalımız Tofiq Hüseyni 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi və yeni yaradıcılıq uğurları arzulayırıq. Qoy ömrünün bu müdriklik çağında da qələmi daim işıq saçsın, sözü insanlara ümid və inam bəxş etsin.

80 illik yubileyiniz mübarək, hörmətli Tofiq müəllim!"


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 İyun 2026 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri