Icma.az
close
up
RU
Tofiq Mikayılov: Pley offa yüksəlmək şansımız qalmayıb

Tofiq Mikayılov: Pley offa yüksəlmək şansımız qalmayıb

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Təəssüf ki, cari mövsümdə keçirdiyimiz ən yaxşı oyunu xalsız başa vurduq". Sport24.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Tofiq Mkayılov AVRO-2026-nın əsas mərhələsində ötən gün baş tutan Yunanıstanla matçı dəyərləndirərkən deyib.

Təcrübəli futzalçı matça yaxşı hazırlaşdıqlarını söyləyib:

"Qələbə qazanmaq istəyirdik. Düzdür, start yaxşı alınmadı, erkən qol buraxdıq. Ancaq sonra oyuna nəzarət tamamilə komandamızda idi. Hətta görüşün statistikasına baxsaq, rəqibin qapımıza 4 zərbə endirdiyini görərik. Bu göstərici hansı üstünlüyə sahib olduğumuza işarədir. Komanda olaraq yaxşı oynadıq, təəssüf ki, kobud səhvlər buraxdıq. Rəqib, demək olar ki, hər səhvdən yararlandı. Biz isə çoxsaylı qol epizodlarını məntiqi sonluğa çatdıra bilmədik".

O, məğlubiyyətə baxmayaraq, rəqibdən üstün oyun nümayiş etdirdiklərini bildirib:

"Razıyam, tarixdə nəticə qalır, matç başa çatdıqdan sonra azarkeş tablodakı hesaba baxır. Üç xalı da həmin qələbə sayəsində hesabına yazdırırsan. Yəni biri var pis oynayıb uduzursan, bu qanunauyğunluqdur, insanı yandırmır. Biz isə yaxşı oynadıq, hətta bu komandaya qarşı Bakıdakı duellə müqayisədə üstün oyun nümayiş etdirdik. Təəssüf ki, cari mövsümdə keçirdiyimiz ən yaxşı oyunu xalsız başa vurduq. Qarşıda iki oyunumuz var, amma pley-offa yüksəlmək şansımız qalmayıb. İndi reytinq xalları toplamaq üçün mütləq qələbə qazanmalıyıq. Heyətimizdə gənclər var, bu cür oyunlarda "bişirlər".

Qeyd edək ki, Afinada baş tutan Yunanıstan - Azərbaycan matçı meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Vitali Borisovun rəhbərlik etdiyi komanda pley-off şanslarını itirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://sport24.az
archiveBu xəbər 12 Mart 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri