Tofiq Musayev: “Bu döyüşün təxirə salınmasına imkan verə bilməzdim”
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Tofiq Musayev rəqibinin çəkisini sala bilmədiyini açıqlayıb.
Milli.Az xəbər verir ki, azərbaycanlı UFC döyüşçüsü Tofiq Musayev "UFC Fight Night: Hill vs Rountree Jr." çərçivəsində Qırğızıstandan olan rəqibi Myktybek Oralbay ilə döyüşünün niyə 74,8 kq çəki dərəcəsində baş tutacağını izah edib.
"Karyeram boyu heç vaxt çəki salma prosesində problem yaşamamışam. Həmişə bu prosesə məsuliyyətlə yanaşmışam. Bu dəfə də hər şey plana uyğun gedirdi. Dünən axşam cəmi 900 qram salmalıydım. Amma UFC komandası bizimlə əlaqə saxladı və bildirdi ki, rəqib artıq çəkini salmağa davam edə bilmir. O, bütün gecəni həkimlərin nəzarətində olub. Gördüyünüz kimi, bu gün divizion limitindən 5 kiloqram artıq çəkidə idi. Onlar mənim fikrimi soruşdular, hətta döyüşü təxirə salmaq istədilər. Amma mən bu döyüşü qəbul etdim. Səhər yemək yedim, su içdim, ona görə də çəkim 73 kiloqramı keçdi.
Mən öz vətənimdə döyüşürəm. Bu, ölkəm üçün tarixi bir turnirdir. Bu döyüşün təxirə salınmasına imkan verə bilməzdim, nə UFC-ni, nə də azarkeşləri yarı yolda qoya bilməzdim. Axı hamı bu döyüşü gözləyir. Qələbə qazanmaq üçün əlimdən gələni edəcəyəm", - deyə o bildirib.
Tural
Milli.Az


