Icma.az
close
up
RU
Tofiq Musayev: “Özümə inanıram” MÜSAHİBƏ

Tofiq Musayev: “Özümə inanıram” MÜSAHİBƏ

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın və “Qəbələ”nin MMA döyüşçüsü Tofiq Musayev klubun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, UFC-də debüt edəcək idmançı iyunun 21-də Bakıda keçiriləcək UFC gecəsində baş tutacaq qırğızıstanlı Mıqtıbek Orolbayla döyüşü, hazırlıq və hədəfi barəsində fikirlərini açıqlayıb.

- Bakıda keçiriləcək UFC döyüş gecəsinə hazırlıq necə keçir?

- Döyüşə Tailandda hazırlaşıram. Hazırlıq prosesi qaydasında gedir. Bütün məşqlər plana uyğun, istədiyimiz şəkildə keçir.

- UFC-də ilk rəqibiniz qırğızıstanlı Mıqtıbek Orolbay olacaq. Bu döyüşdən nə gözləyirsiz?

- UFC-də asan rəqib olmur. Burada dünyanın ən güclü döyüşçüləri iştirak edir. Özümə inanıram. Döyüşə qalib gəlmək üçün çıxacam. Qələbə bizimlə olacaq.

- Bu qarşılaşma Bakıda baş tutacaq. Döyüşün ölkəmizdə keçirilməsini necə qarşılayırsız?

- Təbii ki, UFC-nin Bakıda keçirilməsi məni sevindirim. Özüm də vətəndə doğma azarkeşlər önündə döyüşəcəm. Buna görə çox şadam. Onların dəstəyi altında döyüşmək imkanı qazanacam. Bu, böyük stimuldur.

- Dünyanın ən nüfuzlu döyüş təşkilatında debüt edəcəksiz...

- İlk dəfə UFC-də iştirak edəcəm. Dörd döyüşlük müqavilə imzalamışam. Bu, mənim üçün böyük uğurdur. MDB və ABŞ-ın bir çox təşkilatlarında döyüşmüşəm. Hər bir döyüşçü kimi mənim də arzum UFC-yə qatılmaq olub.

- Özünüzü bu arzuya çatmış sayırsız?

- UFC yarımçıq qalan arzularımdan biri idi. Sevinirəm ki, bu təşkilatla da müqavilə imzaladım. Arzuma tam çatmaq üçün qalib gəlməli və Azərbaycanı layiqincə təmsil etməliyəm.

- Bu döyüşdən sonrakı planlara aydınlıq gəlib?

- Bu barədə danışmaq tezdir. Tamamilə Bakıdakı döyüşə kökləmişik. Qarşıdakı planlar barədə bu turnirdən sonra düşünəcəyik.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 May 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri