Tofiq Musayevin Bakıdakı UFC turnirində iştirak etməsi üçün danışıqlar gedir
Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev iyulun 21-də Bakıda təşkil olunacaq Mütləq Döyüş Çempionatının (UFC) turnirində iştirak edə bilər.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov məlumat verib.
O, bu məsələ ilə bağlı hələlik danışıqların davam etdiyini bildirib:
“Yarışda Rafael Fiziyev və Nazim Sadıqovdan başqa, Tofiq Musayevin də iştirakı gözlənilir. Buna 2-3 gün sonra aydınlıq gələcək. Fiziyev və Sadıqovdan Bakıda qələbə gözləyirik. Turnir Azərbaycanda keçirildiyindən onların motivasiyaları da artacaq. Hazırda hər ikisi yaxşı formadadır. Diqqət mərkəzində olduqları üçün yarışa daha yaxşı hazırlaşacaqlar”.
Qeyd edək ki, “UFC Fight Night” iyulun 21-də Bakı Kristal Zalında baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 14 Aprel 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















