Tofiq Musayevin UFC dəki rəqibi bilindi
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanlı döyüşçü Tofiq Musayev ölkəmizdə keçiriləcək ilk tarixi UFC turnirində iştirak edəcək.
Fanat.Az xəbər verir ki, azərbaycanlı idmançı dünyanın aparıcı qarışıq döyüş sənətləri təşkilatı ilə müqavilə imzalayaraq UFC Fight Night: Hill vs Rountree turnirində döyüşəcək.
Onun rəqibi yüngül çəki dərəcəsində olan qırğızıstanlı döyüşçü Mıqtıbek Orolbaydır.
Beləliklə, Tofiq Musayev UFC ilə müqavilə imzalayan üçüncü azərbaycanlı döyüşçü olub.
Qeyd edək ki, turnir 21 iyunda Bakı Kristal Zalında keçiriləcək. Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Gecənin ikinci ən vacib döyüşü isə yüngül çəki dərəcəsində azərbaycanlı Rafael Fiziyevlə Çili təmsilçisi İqnasio Baxamondes arasında olacaq. Turnirin digər iştirakçılarından biri olan azərbaycanlı döyüşçü Nazim Sadıxov da oktaqona çıxacaq. O, braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 02 İyun 2025 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















