Icma.az
close
up
RU
Tofiq Zülfüqarov: “Ermənilər Polşa prezidentini aldatdılar”

Tofiq Zülfüqarov: “Ermənilər Polşa prezidentini aldatdılar”

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Ermənistanın qeyri-konstruktiv siyasəti Cənubi Qafqazda gərginliyi artırır. Ermənistandakı siyasi qüvvələrin öhdəsindən çətinliklə gələn baş nazir Nikol Paşinyan da təzadlı bəyanatlarıyla müzakirə mövzusuna çevrilir. Paşinyan zərərli erməni ideologiyasının zəhərlədiyi beyinlərin  təmizlənməsindən əziyyət çəkir və bildirir ki, Qərbi Ermənistan ideyasından əl çəkin. Baş nazir ermənilərə izah etməyə çalışır ki, hazırkı Ermənistan Qərbi Azərbaycan ərazisində bərqərar olub və azərbaycanlılar əzəli torpaqlarına qayıtmaq hüququnu özlərində saxlayırlar.

Mövzu ilə bağlı KONKRET.az-a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov əvvəlcə Paşinyanın ictimaiyyətə ünvanladığı sullardan bəhs edib:

“Hərdən Paşinyan erməni xalqına sual verir ki, biz kimik və haradan gəlmişik? Biz hansı Ermənistanıq? Mifik Ermənistan, tarixi Ermənistan, yoxsa real Ermənistanıq? İndi orada yaşayan ermənilər hansı ölkəni təmsil etdiklərini hələ düzgün dərk etməyiblər. Paşinyan əvvəl mifik terminindən tez-tez istifadə edirdi. Sonra ona dedilər ki, ölkənin tarixini bu şəkildə alçaltmaq olmaz. Ona görə ifadəsində dəyişiklik edərək tarixi Ermənistan deyir. Tarixi Ermənistan hardadır? Onlar hansısa müstəqil dövlətə sahib olmayıblar. 20-ci əsrin əvvəllərində müstəqil olduqdan sonra Ararat republikası yaradıblar və dərhal həm Gürcüstan, həm də Türkiyə ilə müharibəyə başlayıblar. Bunun nəticəsində  cəmi 9 min kv.km ərazi əldə edə biliblər. Sonrakı dönəmlərdə sovetlərin dəstəyi ilə Ermənistana daha 20 min kv.km ərazi verilib. Həmin ərazilər də tarixi Azərbaycan torpaqlarıdır. İndi sual yaranır. Bəs Paşinyan hansı ölkəni təmsil edir? Bir tərəfdən deyirlər ki, müharibə istəmirik digər tərəfdən silah tədarük edirlər. İndi başa düşmək olmur, ermənilər müharibəyə, yoxsa sülhə  hazırlaşırlar. Onlar indi hansı sərhəddi istəyirlər. Deyirlər ki, Qarabağı qaytaracağıq. Qarabağı qaytarmaq üçün Azərbaycanla müharibə etmək lazımdır. Buna hazırdırlarmı? Ona görə erməniərin daxildə çox ciddi siyasi problemləri var”.

Daha sonra Ermənistan-Rusiya münasibətlərinə toxunan keçmiş xarici işlər naziri bildirib ki, Ermənistan öz müstəqilliyini bərpa edəndən sonra xarici siyasətini digər ölkələrin hesabına qurub:

“Ermənistanın təhlükəsizlik sistemini təmin edən və Azərbaycan torpaqlarını işğal olunmasında mühüm rol oynayan Rusiya idi. İndi isə bunların arasında münasibətlər pozulub. Rusiya istəmir ki, ermənilərin siyasi ambisiyalarına dəstək versin. Ona görə ermənilər Rusiyaya əvəz axtarırlar. Ermənistan Rusiyanın  çətin vəziyyətdə olduğunu anladığından, çalışır ki, Qərbdən də bəzi dividendlər qopartsın. Amma Qərb də başa düşür ki, Ermənistan Rusiyanı öz ərazisindən çıxartmaq istəmir. Ermənilər Zvartnos hava limanında 20-25 rus sərhədçisinin yerini dəyişməklə elə hesab edir ki, Rusiya Ermənistanı tərk edir. Ya da Moskvanın patronajlığıyla keçirilən tədbirlərə gah gedir, gah da iştirak etmirlər. İndiyəcən İrəvanda iki Rusiya bazası dayanır. Hərbi Hava Qüvvələrinin bazası Zvartnosta yerləşir. Ermənistana gələn hər bir xarici vətəndaş təyyarənin pəncərəsindən Rusiya hərbi təyyarələrini görür. Ermənistanın sərhədlərini Rusiya qoşunları qoruyur. Elə bir sahə yoxdur ki, orada Rusiyanın hərbi imkanları mövcud olmasın. İndi Ermənistanın Rusiyadan uzaqlaşmasını onlar elə təbliğ edirlər ki, guya ruslar bu saat Ermənistanı tərk edəcəklər”.

Bir neçə gün əvvəl İrəvanda səfərdə olan Polşa prezidenti Duda gözlənilmədən Ermənistan-Azərbaycan sərhədinə gələrək Aİ-nin müşahidə missiyasının üzvləriylə görüşüb. Polşa prezidentinin bu addımı bir mənalı qarşılanmayıb və geniş müzakirə olunub. Tofiq Zülfüqarov bu məsələyə də öz münasibətini bildirib:

“Polşa Aİ-nin nüvuzlu ölkələrindən biri olan dövlət kimi istəyir ki, bu prosesdə həm Azərbaycana, həm Ermənistana yardımçı olsun. Hələ Polşanın o vaxtkı prezidenti Kvasnevski Varşavada Ermənistan və Azərbaycan Xarici İşlər Nazirləri arasında görüş də təşkil etmişdi. Onların Qarabağla bağlı fəallığı həmişə müşahidə olunub. İndi Polşa lideri Ermənistana səfərə gedib və təxminən həmin tezisləri orada da səsləndirib. Əsas fikirlərdən biri ondan ibarətdir ki, Ermənistanın Rusiyadan uzaqlaşmasını Polşa dəstəkləyir. İndi Ermənistan ərazisində Rusiyanın hərbi bazaları var. Şərti sərhəddə bundan əvvəl  rus hərbiçiləri də xidmət aparırdı. Hesab edirəm ki, erməni tərəfi Polşa prezidentini lazımi şəkildə məlumatlandırmayıb. Onu qəsdən danışıqlar predmeti olan sərhəddə aparıblar. Bunun məqsədi bəllidir. Ermənilər bundan guya siyasi dəstək kimi istifadə etmək istəyirlər. Dudanın da sərhədə gəlişini əllərində vasitə kimi saxlayırlar. Polşa prezidentinin müşavirləri lazımi şəkildə bu məsələyə bəlkə də diqqət yetirməyiblər. Onun mahiyyətini başa düşməyiblər və ona görə də belə vəziyyət yaranıb.

Ermənilər indi hay-haray salmaq istəyirlər ki, guya Polşa gəlib onları dəstəkləyir. Amma məsələnin bu cür təbliğinə qarşıyam. Sadəcə anlamaq lazımdır ki, ermənilər  Polşa prezidentini aldadıblar. Nəzərə almaq lazımdır ki, Duda Ermənistanda fəaliyyət göstərən müşahidə missiyasının tərkibində olan Polşa vətəndaşları ilə görüşüb və onlara dəstək ifadə edib. Bizim həmin müşahidə missiyasına qarşı iradlarımız çoxdur. Ermənilərin “binokl diplomatiyası”nda avropalı müşahidəçilərin rol oynaması Azərbaycanı narahat edir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, iki ölkə arasında sərhəd müəyyən olunmadan heç bir qüvvə orada yerləşdirilməməlidir. Missiyanın mandatına uyğun olaraq onlar Ermənistanın ərazisində patrul həyata keçirməlidirlər. Ermənistan ərazisini müəyyən edən sərhədlərin haradan keçəcəyi danışıqlar prosesindən sonra müəyyən olunacaq”.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Noyabr 2024 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri