Icma.az
close
up
RU
Tofiq Zülfüqarov: Tezliklə sülh olmayacaq

Tofiq Zülfüqarov: Tezliklə sülh olmayacaq

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın çərçivə sənədini son razılaşma kimi təqdim etməyə çalışması beynəlxalq ictimaiyyəti aldatmaq cəhdidir


"Ermənistanla sülh sazişinin imzalanması prosesinin təşəbbüskarı məhz Azərbaycan olub, bu prosesə biz töhfə vermişik". Bunu xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, sülh sazişinin mətninin razılaşdırılması əhəmiyyətlidir: 

“Sülh sazişi ilə bağlı prosesin tam yekunlaşması və onu imzalanma səviyyəsinə çatdırmaq üçün Ararat Mirzoyanla görüşdə Azərbaycanın legitim tələblərini bir daha Ermənistana xatırlatdıq. Ermənistan bunu yeni şərtlər kimi təqdim etmək istəyir. Lakin bu, belə deyil, biz bu tələblərin icrasını 2022-ci ildən Ermənistandan gözləyirik. Ermənistan Konstitusiyasında ərazi iddiaları məsələsinin və lazımsız qurum olan Minsk qrupunun ləğvinin vacibliyi bir daha Ermənistanın diqqətinə çatdırıldı”. Xatırladaq ki, Azərbaycanın sülh sazişi imzalamaq üçün tələblərindən biri də Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Çünki Ermənistan Konstitusiyasının istinad etdiyi Müstəqillik Bəyannaməsində Azərbaycana ərazi iddiaları əksini tapıb. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün deyib ki, yeni Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır: "Əvvəllər dediyim kimi, Müstəqillik Bəyannaməsinin mətnini oxuyanda görürük ki, orada deyilir ki, Ermənistanın müstəqil dövlətçiliyi ola bilməz. Bu, mümkün deyil. Ona görə də deyə bilmərəm ki, yeni Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmalıdır. Yeni Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır. Amma qərarı Ermənistan xalqı verir. Təbii ki, siyasi qüvvələr lehinə və əleyhinə arqumentlər irəli sürürlər". Paşinyan həmçinin, bildirib ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa və Minsk qrupunu ləğv etməyə hazırdır: "Biz Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı irəli sürdüyü gündəliyi başa düşürük. Doğrudan da, əgər biz Qarabağ münaqişəsi ilə bağlı səhifəni bağlayırıqsa, onda onun həllindən bəhs edən format nəyə lazımdır? Biz sülh sazişinin bağlanmasını və eyni zamanda ATƏT-in Minsk qrupunun buraxılmasını təklif edirik - yəni hər iki sənədin eyni gündə imzalanmasını". 


Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, əvvəlcə anlamaq lazımdır ki, çərçivə sülh sazişi ilə sülh sazişi arasında fərq var. Keçmiş XİN başçısının sözlərinə görə, çərçivə sənədində hansısa prinsiplər təsdiq olunur, amma onların icrası digər sənədlərdə öz həllini tapır: 

"Ermənistan sadəcə olaraq siyasi manipulyasiya ilə məşğuldur. Təkidlə deyir ki, Ermənistana 17 bəndlik sülh sazişi yetərlidir, əlavə sənədlər lazım deyil. Hətta xatırlayırsızsa, 17 bəndin hamısı razılaşdırılmamış İrəvan israrla bildirirdi ki, nə qədər bənd razılaşdırılıbsa, ona uyğun sənədə imza atsınlar. Ümumiyyətlə, sülhün çərçivə sənədi də bəyanata oxşar bir sənəddir. Yəni belə bir sənədə qol çəkməklə münaqişənin əsasını təşkil edən problemlər həllini tapmayacaq. Söhbət Azərbaycan və Ermənistan arasında ümumilikdə razılaşdırılmış gələcək tənzimləmə prinsiplərindən gedir. Niyə məhz "prinsiplər"? Çünki bu sənəddə yalnız əsas müddəalar yer alır. Məsələn, qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınması bəyan edilir, bu isə beynəlxalq hüququn universal prinsipidir. Lakin sərhədlərin dəqiq müəyyənləşdirilməsi, dolayısı ilə ərazi bütövlüyünün də tam müəyyənləşdirilməsi yalnız delimitasiya və demarkasiya prosesindən sonra mümkün ola bilər. Bu olmadan prinsip sadəcə bəyanat olaraq qalır. Həmçinin, bütün kommunikasiya xətlərinin açılması, insanların və malların sərbəst hərəkətinin təmin olunması niyyəti bəyan edilib. Bu, çox mühüm və müsbət prinsipdir, lakin bu da yalnız əsas parametrlər üzrə razılaşma əldə edildikdən sonra reallaşa bilər. Xüsusilə də Zəngəzur dəhlizi kimi məsələlər üzrə. Bu dəhliz Azərbaycan üçün prioritet məsələ olaraq qalır. Lakin mövcud sənəddə bu məsələ aydın şəkildə əksini tapmayıb. Deməli, biz son sülh müqaviləsindən deyil, gələcək tənzimləmənin istiqamətlərini müəyyən edən çərçivə razılaşmasından danışırıq".


Analitik vurğulayıb ki, Azərbaycan Ermənistanın əsas hüquqi sənədlərindən faktiki olaraq anneksiya və təcavüz siyasətini əks etdirən müddəaların çıxarılmasını tələb edir: 

"Bunu başa düşmək lazımdır. Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü yalnız birbaşa hərbi işğalla deyil, eyni zamanda ideoloji, təbliğat, informasiya, iqtisadi və hüquqi müstəvidə də özünü göstərib. Buna görə də Azərbaycan bu təcavüzün nəticələrini ardıcıl şəkildə aradan qaldırır. Əvvəlcə Ermənistan ordusu işğal olunmuş ərazilərdən çıxarıldı, indi isə ideoloji, hüquqi və informasiya sahəsində qalan izlərin aradan qaldırılmasından söhbət gedir. Təcavüzün təməlini aradan qaldırmadan sülhdən necə danışmaq olar? Məhz buna görə prezident tam haqlı olaraq vurğuladı ki, "top Ermənistanın tərəfindədir". Əgər İrəvan, həqiqətən də, sülh prosesini davam etdirməkdə maraqlıdırsa, onda real və konkret addımlar atmalıdır. Hazırda isə Ermənistan sadəcə formal və nümayişkaranə sülhpərvərliklə əsl addımların olmamasını ört-basdır etməyə çalışır. Bəzən konkret müddəalar olmayan sənədi imzalamağı təklif edir, bəzən də iddia edir ki, bütün məsələlər guya artıq həll olunub. Amma bu, illüziyadır. Əsas məsələləri çərçivə sənədi ilə həll etmək mümkün deyil. Ermənistanın çərçivə sənədini son razılaşma kimi təqdim etməyə çalışması beynəlxalq ictimaiyyəti aldatmaq cəhdidir. Ola bilsin, kimlərsə buna göz yuma bilər. Amma Azərbaycan münaqişənin əsasını təşkil edən bütün məsələlərin tam və dayanıqlı şəkildə tənzimlənməsində maraqlıdır". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:282
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Aprel 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri