Icma.az
close
up
RU
Toğrul Əsgərov: Məhz bu xüsusiyyəti Mariyanı zirvəyə apardı

Toğrul Əsgərov: Məhz bu xüsusiyyəti Mariyanı zirvəyə apardı

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Xoşbəxtlikdən Mariya kimi idmançı bizim bəxtimizə düşüb”.

Bunu İdman.biz-ə Azərbaycanın qadın güləşçilərdən ibarət Azərbaycan millisinin baş məşqçi əvəzi Toğrul Əsgərov deyib.

O, Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Mariya Stadnikin karyerasını bitirməsi ilə bağlı fikirlərini bölüşüb: “Mariya adi məşqdə belə heç kimə şans vermir. O baxmır ki, qarşısındakı beş yaş balacadır, ya on yaş böyük. Heç kimə güzəştə getmir və şərait yaratmır ki, ondan xal almaq haqqında düşünsünlər. Məhz bu xüsusiyyəti Mariyanı zirvəyə apardı”.

Olimpiya çempionu bildirib ki, hazırda komanda olaraq əsas hədəfləri Stadnik kimi idmançılar yetişdirməkdir: “Güləş komandamızın əsas hissəsi yeniyetmə və gənclərdən ibarətdir. Mariya da əlindən gələn köməyi edir ki, ondan sonra yarana biləcək boşluğu doldura bilək. İndi komandamızda Jalə Əliyeva, Ruzanna Məmmədova, Günay Qurbanova, Gültəkin Şirinova kimi gələcək vəd edən idmançılar var. Onların hamısı ölkə və dünya çempionatının mükafatçılarıdır. Ümumiyyətlə, son dövrlərdə qadın güləşində xeyli inkişaf var. Xüsusilə də yeddi-səkkiz il əvvəllə müqayisədə ciddi say artımı görürük. Düzdür, oğlanlardakı kimi kütləvi olmasa da bölgələrimizdə də qadın güləşçilər çoxalıb. Hazırda qadın güləşində ciddi problemlər müşahidə etmirik. Həm Gənclər və İdman Nazirliyi, həm Milli Olimpiya Komitəsi, həm də Azərbaycan Güləş Federasiyası lazımi dəstəyi göstərir. Biz də maksimum çalışırıq ki, təlim-məşq toplanışlarımızı xarici ölkələrə salaq. Bacardığımız qədər qızları bütün yarışlara aparırıq. İki nəfərdən medal gözləsək belə, yarışa yeddi-səkkiz güləşçi ilə gedirik”.

O, qadın güləşində legioner məsələsinə də münasibət bildirib: “Dünyanın hər yerində, bütün idman növlərində legioner var. Bu 20 il qabaq da belə olub, 20 il sonra da belə olacaq. Kim güclüdürsə, o da qalib gəlir. Udan adam udacaq. Bu gün sən çempion olmaq istəyirsənsə, rəqibinin milliyyəti önəm daşımır. Güclüsənsə, öhdəsindən gələcəksən, vəssəlam”.

Qeyd edək ki, Mariya Stadnik dünən karyerasını bitirdiyini açıqlayıb.

Aytac Sahəd
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri