Icma.az
close
up
RU
Toğrul Əsgərov: Komandamızın gələcəyi çox parlaqdır

Toğrul Əsgərov: Komandamızın gələcəyi çox parlaqdır

Icma.az bildirir, Idman.biz portalına istinadən.

U23 Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanan qadın güləşi üzrə millimiz bu gün vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, medalların əyarına görə öz rekordunu yeniləyən yığma komandanın Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib.

Komandanın baş məşqçi əvəzi Toğrul Əsgərov nəticələrdən razı qalıb. O, əsas hədəfin güləşçiləri növbəti Olimpiya Oyunlarına hazırlamaq olduğunu deyib: “Komandamız yeniyetmə və gənclərdən qurulub. Əlimizdən gələni edirik ki, bu güləşçiləri növbəti Olimpiya Oyunlarına hazırlayıb, medal qazanaq. Komandamızın gələcəyi çox parlaqdır. Federasiyanın dəstəyilə maksimum gücümüzü ortaya qoyuruq. Günayın 17 yaşı var. Hələ U20 yaş qrupunda Avropa və dünya çempionatında iştirak etməyib. 3 il bu yaş qrupunda güləşə bilər. 6 il ərzində isə U23 yaş qrupunda iştirak etmək şansı var. Qurbanova indidən öz potensialını göstərib, uğur qazandı. İstəmirik ki, idmançılarımızı tələsdirək. Vaxtından tez böyüklər arasına çıxarmağı düşünmürük. Vaxtı çatanda idmançılarımızı sınaqdan keçirəcəyik”.

Avropa çempionu tituluna yiyələnən Günay Qurbanova yarışa qızıl medal qazanmaq üçün yollandığınl bildirib: “Yarış güclü, həyəcanlı və çox gərgin keçdi. Amma buna baxmayaraq, özümdə güc toplayıb, qalib gələ bildim. Çox sevinirəm. Hər bir idmançıya çempionluq hissini arzulayıram. Yarışa ancaq qızıl medalı almaq üçün hazırlaşırdım. Məşqlərdə də əlimdən gələni edirdim ki, sonda sevinən tərəf mən olum. Finaldakı rəqibim titullu idi. Ancaq inanırdım ki, qalib gələcəyəm. Toğrul müəllim mənə inam bəxş etdi, “ən güclü sənsən” dedi. Finala çıxdım və qələbə qazandım”.

Tiranada fəxri kürsünün ən yüksək pilləsində yer alan digər güləşçimiz Elnurə Məmmədova üçüncü cəhdində arzusunu reallaşdırdığını deyib: “Çempion olduğum üçün çox sevinirəm. Federasiya rəhbərliyinə və məşqçilər heyətinə dəstəklərinə görə minnətdaram. Buna qədər 2 dəfə U23 Avropa çempionatında finala yüksəlmişdim. Ancaq qızıl medal qazana bilməmişdim. Bu yaş qrupunda sonuncu ilimdə Avropa çempionu oldum. Məşqçilərlə məsləhətləşəcəyik. Böyüklərin Avropa çempionatında iştirak etsəm, bayrağımızı bir daha dalğalandırmaq üçün əlimdən gələni edəcəyəm”.

Avropa çempionatının bürünc mükafatçısı Əsmər Cankurtaran ona niyə "bürünc qız" ləqəbi verildiyinə aydınlıq gətirib: “Yarış çox həyəcanlı və gərgin keçdi. Çünki Avropa çempionatında zəif rəqiblər olmur. Hamı qələbə qazanmaq uğrunda güləşir. Bu mənim 3-cü bürünc medalımdır. Ən çətini demək olar ki, bu idi. Müəllimim mənə “bürünc qız” deyir. Amma bir gün bu bürüncü qızıla çevirəcəyimə inanıram. Yarımfinal görüşünün ilk dəqiqələrində çiynimdən ciddi zədə aldım. Hətta qolumu belə qaldıra bilmirdim. Amma növbəti gün ağrı olsa da, görüşə köklənib, medal qazana bildim. Bunun üçün komandanın məşqçiləri Toğrul Əsgərov, Ağahüseyn Mustafayev və Solmaz Adilovaya çox sağ ol deyirəm. Uğurlarım hələ qarşıdadır”.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 Mart 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see263

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see262

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see241

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see233

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see230

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see224

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see221

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see220

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see206

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see203

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see197

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see193

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see186

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see183

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see182

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see175

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see174

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see168

Elm sərhədləri aşır: Bakı beynəlxalq tibb dünyasını bir araya gətirəcək

02 Oktyabr 2026 21:47see157

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri