Tokayev Astana ilə Moskva arasında münasibətlərdə ciddi problemlərin olmadığını açıqlayıb
Operativmedia portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Operativ Media" xəbər verir ki, o bu barədə Astanada dövlət səfərində olan Rusiya lideri Vladimir Putinlə geniş tərkibdə görüşdə bildirib.
“Bizi qarşıda çox iş gözləyir, mən prezident kimi bu işə təbii ki, nəzarət edəcəm, çünki mən Rusiya Federasiyası ilə əməkdaşlığın inkişafına üstünlük verirəm”, - Tokayev bildirib.
O, bildirib ki, əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir və geri dönməz dinamika əldə edib.
“Və, əlbəttə ki, bizim vəzifəmiz, mənim başa düşdüyüm kimi, bu əməkdaşlığın səngiməməsini təmin etməkdir”, - Tokayev bildirib.
O, ticarətin uğurlu inkişafının, investisiya əməkdaşlığının dərinləşdirilməsinin, habelə humanitar və təhsil sahələrində əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 27 Noyabr 2024 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















