Tokayev Putini Astana hava limanında şəxsən qarşıladı VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Qazaxıstana dövlət səfərinə gələn Vladimir Putini paytaxt hava limanında Kasım-Jomart Tokayev qarşılayıb. Rusiya prezidentini fəxri qarovul dəstəsi və hərbi aviasiya qarşılayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Akordanın mətbuat xidməti yayıb.
Hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qazaxıstan və Rusiya xalqları arasında səmimi dostluğun əlaməti olaraq əllərində iki ölkənin bayraqları olan uşaqlar Prezident Vladimir Putini və rəsmi nümayəndə heyətinin üzvlərini salamlayıb, həmçinin şeirlər oxuyublar.
Sonra peşəkar rəssam Asel Sabirjankızı (Assol) Vladimir Putinin Astanaya uçduğu andan çəkməyə başladığı rəsm əsərini dövlət başçılarına təqdim edib. O, dövlət başçılarını kətanın yazılmasında iştirak etməyə dəvət edib. Rəsm Rusiya prezidentinə səfərinin sonunda hədiyyə olaraq veriləcək.
Xatırladaq ki, Rusiya dövlət başçısının səfəri Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutub. Səfər zamanı yüksək səviyyəli danışıqlar aparılacaq. Dövlət başçıları Qazaxıstan və Rusiya arasında XX Regionlararası Əməkdaşlıq Forumunda videokonfrans vasitəsilə iştirak edəcəklər.
Sabah, noyabrın 28-də isə KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə keçiriləcək. İştirakçı ölkələrin nümayəndə heyətləri regional və beynəlxalq təhlükəsizliyin aktual məsələlərini müzakirə edəcəklər. İclasın yekunu üzrə bir sıra sənədlər qəbul olunacaq.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 27 Noyabr 2024 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















