Tokayev metapnevmovirusla bağlı ajiotaj yaratmamağa çağırıb AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Astana, 6 yanvar, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çində yayılan və Qazaxıstanda aşkarlanaraq əhalini narahat edən metapnevmovirusa münasibət bildirib.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Tokayev metapnevmovirusla bağlı ajiotaj yaratmamağa çağırıb: “İndi hamı yeni infeksiyadan danışır. Ajiotaj yaratmaq lazım deyil. Çinlə əməkdaşlığı bundan sonra da inkişaf etdirmək lazımdır”.
Qeyd edək ki, metapnevmovirus Çində xəstələrdə aşkarlanıb. Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə artıq metapnevmovirusun 30 halı qeydə alınıb. İnsan metapnevmovirusu onilliklər ərzində bir çox ölkələrdə dövr edən klassik viruslardan biridir. O, əsasən hava-damcı yolu ilə və daha az dərəcədə məişət-kontakt yolu ilə yayılır. İnfeksiyanın əsas simptomları öskürək, təngnəfəslik, qızdırma, baş ağrısıdır. Spesifik müalicə yoxdur. Müalicə simptomlara görə tətbiq edilir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 06 Yanvar 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















