Tokayev dünya ictimaiyyətini nüvə sınaqlarından imtina etməyə çağırıb
Ayna saytına istinadən Icma.az xəbər verir.
"Xalqımız nüvə silahı sınağının ən ağır nəticələrinin qurbanına çevrilib”
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev dünya ictimaiyyətini sülh və təhlükəsizliyi möhkəmləndirməyə, həmçinin nüvə tərksilahına nail olmağa və nüvə sınaqlarından imtina etməyə çağırıb. AYNA.AZ bu barədə qazax mediasına istinadən bildirir.
"Xalqımız nüvə silahı sınağının ən ağır nəticələrinin qurbanına çevrilib. Bu faciə təkrarlanmamalıdır. Gələcək nəsillər naminə biz sülhü möhkəmləndirməli, beynəlxalq əməkdaşlığı inkişaf etdirməli, nüvə tərksilahına nail olmaq üçün səylər göstərməli və nüvə sınaqlarından əl çəkməliyik. Sülh və təhlükəsizlik bütün bəşəriyyəti birləşdirən ən yüksək dəyərlərdir", - o Nüvə Sınaq Günü ilə bağlı özünün “X” Beynəlxalq Nüvə Sınaqları ilə bağlı səhifəsində yazıb.
Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günü Qazaxıstanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən 2009-cu il dekabrın 2-də (64/35 saylı qətnamə) təsis edilib. Tarixin seçilməsi 1991-ci il avqustun 29-da dünyanın ən böyüklərindən biri olan Qazaxıstandakı Semipalatinsk nüvə poliqonunun bağlanması ilə bağlıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 29 Avqust 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















