Tokayev Putinin üzünə dedi: Müharibə dondurulmalıdır
Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.
"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Rusiya-Ukrayna münaqişəsini dondurmağa çağırması onun Ukraynanın mövqeyini dəstəkləməsi anlamına gəlir. Kiyev də eyni sözü deyir, atəşkəsə hazır olduğunu vurğulayır".
Sitat.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Tokayev bu məsələdə ehtiyatlı davranır və açıq fikir bildirməkdən çəkinir: "Doğrudur, Tokayev Putini tam qəzəbləndirməmək üçün tərəfləri İstanbuldakı danışıqlara qayıtmağa çağırış etdi. Bu isə sanki Rusiyanın maraqlarına uyğundur. Ancaq önəmli olan Tokayevin cümləsinin birinci hissəsidir. Tokayev müharibəni dayandırmaq çağırışı ilə həm də ölkəsinin maraqlarını nəzərə almış olur. Çünki, Rusiya-Ukrayna müharibəsi Qazaxıstan neftinin Qara dənizlə daşınmasına ciddi təhlükə yaradıb, Novorosisyk limanı və limana yaxınlaşan neft tankerləri dronların hədəfindədir".
E.Şahinoğlu vurğulayıb ki, Rusiyanın digər tərəfdaşları da bu çağırışa qoşulmalıdırlar: "Tokayev Putinlə görüşdə fikrini belə yekunlaşdırdı ki, “mən vasitəçi olmaqdan qəti şəkildə imtina edirəm”. Bütün hallarda Tokayev “müharibəni dayandır” mesajını birbaşa Putinin üzünə söylədi. Tokayevin bu açıqlamasına Rusiyanın digər iki tərəfdaşı – Belarus Prezidenti Aleksandr Lukaşenko və Çin lideri Si Cinpin də qoşulsalar, Putin daha ciddi təzyiq altına düşəcək".
Seymur,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 27 İyul 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















