Tokayev: “Rusiyanın bütün uğurları Putinin əməyidir”
Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kremldə bildirib ki, müasir Rusiyanın bütün uğurları ölkə lideri Vladimir Putinin əməyinin nəticəsidir.
Doğru.az xəbər verir ki, Kremlin mətbuat xidməti Tokayevin sözlərini belə sitat gətirib: “Müasir Rusiyanın bütün uğurları sizinlə bağlıdır, hörmətli Vladimir Vladimiroviç”.
Qazaxıstan liderinin səfəri münasibətilə keçirilən qala-ziyafətdə Putin iki ölkə xalqlarının dostluğu və firavanlığı üçün tost qaldırıb.
Həmçinin Putin və Tokayev ölkələr arasında münasibətlərin yeni səviyyəyə qaldırılması barədə bəyannamə imzalayıblar. Tokayev qeyd edib ki, Qazaxıstan və Rusiya xalqları arasında dostluq taleyi ilə əvvəlcədən müəyyən olunub.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 13 Noyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















