Tokayev Qazaxıstanın təhlükəsizliyini gücləndirməyi tapşırıb SƏBƏB
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ukrayna ətrafında vəziyyətin pisləşməsi ilə əlaqədar ölkədə əsas mülki və hərbi obyektlərin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görməyə göstəriş verib.
"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Berik Uali "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, Tokayev prezident administrasiyasının rəhbərinə, baş nazirə, bütün merlərə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə mühüm mülki və hərbi obyektlərin təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməyi tapşırıb. Parlamentin hər iki palatasının spikerlərinə də görülən tədbirlər barədə məlumat verilib.
"Prezident ölkəmizdəki vəziyyəti nəzarətdə saxlayır", - deyə Uali qeyd edib.
O əlavə edib ki, Qazaxıstan Ukraynadakı münaqişəyə son qoyulması və sülh danışıqlarının başlanmasının tərəfdarıdır.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 22 Noyabr 2024 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















