Azərbaycanla Qazaxıstanın mühüm planı Tokayev açıqladı
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstan, Azərbaycan və Gürcüstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üçün vahid və uzunmüddətli tarif modelinin yaradılması üzərində işləyirlər.
Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Avropa biznes dairələri ilə keçirilən birgə "dəyirmi masa"da bəyanat verib.
Onun sözlərinə görə, tərəflər paralel olaraq bir sıra mühüm infrastruktur layihələrini də həyata keçirirlər. Bu layihələr sırasına Xəzər dənizində yük gəmiləri donanmasının genişləndirilməsi, Azərbaycanla birgə dənizdə dibdərinləşdirmə işlərinin aparılması, eləcə də Kurık limanının modernləşdirilməsi daxildir.
Tokayev vurğulayıb ki, bütün bu addımlar Orta Dəhlizin səmərəliliyinin və rəqabətqabiliyyətliliyinin artırılmasına yönəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 24 İyun 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















