Tokayev ŞƏT in su problemlərinin öyrənilməsi Mərkəzinin yaradılmasını təklif etdi
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ekologiya sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini bildirib.
Redaktor.az "Report"a istinadən istinadən xəbər verir ki, o, bunu Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitində çıxışı zamanı qeyd edib.
"İqlim çağırışları sərhəd tanımır. Dünyanın bir çox dövlət və regionlarına ziyan vurur. Səhralaşma, quraqlıq, su hövzələrinin dayazlaşması, buzlaqların əriməsi və digər ekoloji problemlər kimi real təhdidlərlə mübarizə üçün birgə səmərəli strategiyalar hazırlamaq vacibdir. Buna görə də Qazaxıstanda ŞƏT-in su problemlərinin öyrənilməsi Mərkəzinin yaradılmasını dəstəkləyirik", - K.Tokayev bildirib.
O vurğulayıb ki, 2026-cı ildə ŞƏT-in yaradılmasının 25 illiyi qeyd olunacaq.
"Əminəm ki, indiki sammit konkret qərarlar qəbul edən uğurlu forum kimi beynəlxalq münasibətlər tarixinə düşəcək. Şübhəsiz ki, bu, ŞƏT-in potensialını gücləndirəcək", - K.Tokayev əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 01 Sentyabr 2025 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















