Tokayevdən Qrenlandiya ilə bağlı təklif İcarəyə götürün
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ-nin təklif etdiyi ilhaq məsələsi fonunda Qrenlandiya ilə bağlı mümkün gələcək ssenariləri açıqlayıb.
"Unikal" xəbər verir ki, o, bu barədə Pakistanın "The News International" qəzetinə danışıb.
"Mən bu vəziyyətə bir qədər fərqli baxardım. Beynəlxalq təcrübədə ölkələrin əksər hallarda qarşılıqlı faydalı məqsədlərə çatmaq üçün müəyyən ərazilər və ya strateji obyektlər üçün uzunmüddətli icarə müqavilələri bağlamasını təklif edərdim”, - deyə Qazaxıstan prezidenti vurğulayıb.
Tokayev həmçinin bu cür qərarların mütləq dövlətlərin suverenliyinin tanınmasını nəzərdə tutan beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsində təsbit olunmuş prinsiplərə əsaslanmalı olduğu fikrini ifadə edib.
Qazaxıstan lideri qeyd edib ki, "Mümkün variantlardan biri ABŞ və Danimarkanın Qrenlandiya üçün 120 illik icarə müqaviləsi bağlaması olardı".
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 05 Fevral 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















