Icma.az
close
up
RU
Tokayevin seçki islahatlatı nə vəd edir? (ŞƏRH)

Tokayevin seçki islahatlatı nə vəd edir? (ŞƏRH)

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qazaxıstanda nəzərdə tutulan Konstitusiya islahatları idarəetmə mexanizminin əsaslı şəkildə dəyişdirilməsi və ikipalatalı parlamentdən yaxa qurtarmağa yönəlib".

Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Qazaxıstanda idarəetmə sistemini köklü şəkildə dəyişəcək Konstitusiya islahatlarının barədə verilən anonsu şərh edərkən deyib. 

"Seçki sistemində də müəyyən dəyişikliklər nəzərdə tutulur. Amma Prezidentin hüquqi statusu ciddi şəkildə dəyişmir. Adətən ikipalatalı parlament federativ dövlətlər üçün xarakterikdir. Yəni federsiya üzvləri bilavasitə əhali tərəfindən seçilən aşağı palatanın imkanlarını məhdudlaşdırmaq, daha çox mərkəzi hakimiyyətin maraqlarına xidmət etmək məqsədilə yaradılır", eyə ekspert bildirib. 

Həmsöhbətimiz qeyd edib ki, regionalist dövlətlər formal olaraq unitar dövlətdir, amma unitar dövlətlə federativ dövlət arasında aralıq mövqe tuturlar:

"Yəni ayrı-ayrı bölgələr federasiya subyekti statusuna malik olmasalar da, nisbi muxtariyyətə malik olmaqla bir çox məsələləri mərkəzi hakimiyyətdən asılı olmadan özləri həyata keçirir. Məsələn, Fransa və İspaniyada belə bir sistem mövcuddur. Bu dövlətlərdə də ikipalatalı parlament formalaşıb. Postsovet məkanında Rusiya federativ dövlət olduğundan ikipalatalı parlament mövcuddur. Lakin əksər ölkələrdə birpalatalı parlament formalaşıb. Qazaxıstan və Özbəkistanda da ikipalatalı parlament formalaşıb. Özbəkistan bir neçə il bundan əvvəl birpalatalı  parlament sisteminə keçib. İndi Qazaxıstan da bu yolu getmək istəyir".


Ekspetin fikrincə, Astananın bu istəyi ölkə daxilində bilavasitə əhali tərəfindən seçilən parlamentin səlahiyyətlərinin məhdudlaşdırılmasına artıq ehtiyacın olmaması ilə bağlı ola bilər:

"Yəni birpalatalı parlament artıq bütövlükdə mərkəzi hakimiyyəti də təmin edir. Ölkədə siyasi sistem artıq sabitləşib. Palataların bir-birini tarazlaşdırması, bir-birinə nəzarət etməsinə ehtiyac yoxdur. Ona görə də hesab olunur ki, birpalatalı parlament artıq ölkənin bütün maraqlarını təmin edə bilər. Parlamentin tamamilə partiya siyahısı üzrə seçiləcəyinə gəldikdə, bu həm siyasi sistemin inkişafına, siyasi partiyaların cəmiyyətdəki rolunun güclənməsinə xidmət edir, həm də son nəticədə parlamenti əsl siyasi mübarizə, fəaliyyət meydanına çevirmiş olur. Azərbaycan da gələcəkdə bu modeldən yararlana bilər".

Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin idarəetmə sistemini kökündən dəyişdirə biləcək konstitusiya islahatı təşəbbüsü ilə çıxış edib. Onun dediyinə görə, ölkənin siyasi sistemində ciddi dəyişiklik vəd edən referendumda Senatın ləğv edilməsi və vahid parlament yaradılması, deputatların isə partiya siyahıları ilə seçilməsi təklif olunur. 

Rüfət Sultan


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri