Rusiyadan Tokayevin təklifinə Reaksiya
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Rusiya Türk Dövlətləri Təşkilatına (TDT) qoşulmaqla bağlı hələlik rəsmi dəvət almayıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Moskvanın da TDT-yə qoşulması ilə bağlı son təşəbbüsünü şərh edərkən bildirib.
“Başa düşdüyüm qədəri ilə, hər hansı bir rəsmi dəvət olmayıb. Bununla belə, bu mövzu, o cümlədən Astana ilə, Astanadan olan dostlarımızla əlaqələrimizin gündəliyində mütləq olacaq”, - Kreml nümayəndəsi bildirib.
O, Rusiya Federasiyası ərazisində xalqları tarixən türk olan bir sıra regionların olduğunu bildirərək ölkənin TDT-yə qoşulmasının anlaşılan və məqsədəuyğun ola biləcəyini qeyd edib.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TDT-nin Ankarada keçirilmiş sammitində Rusiyanın təşkilata üzv və ya müşahidəçi qismində qatılmasını təklif edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 02 Noyabr 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















