Icma.az
close
up
RU
“Tokionun məhvi: tarixdə ən dəhşətli hava hücumu“ “Espreso“ (Ukrayna)

“Tokionun məhvi: tarixdə ən dəhşətli hava hücumu“ “Espreso“ (Ukrayna)

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Xirosima və Naqasakidən daha dəhşətli olay bir gecədə on minlərlə insanın ölümünə səbəb olub..."

1945-ci ilin martında Tokionun bombalanması bir gecədə on minlərlə insanın ölümünə səbəb olaraq bəşər tarixinin ən qanlı hava hücumlarından biri kimi yadda qalıb.

Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın "Espreso" nəşri yazıb.

Bir gecədə yüz minə yaxın qurban

1945-ci il martın 9-dan 10-na keçən gecə "Operation Meetinghouse" adlı genişmiqyaslı bombardman həyata keçirilib. ABŞ-ın "Boeing B-29 Superfortress" bombardmançıları Tokio üzərinə minlərlə yandırıcı bomba atıb.

Tarixçilərin hesablamalarına görə, həmin gecə 80-100 minə qədər insan həlak olub, bir milyondan çox sakin isə evsiz qalıb. Bu rəqəm bir hücum zamanı ölənlərin sayına görə hətta Xirosima atom bombardmanı və Naqasakiyə atom bombası atılması zamanı ilkin itkilərdən də çox hesab olunur.

Yaponiyanı təslim etməyə məcbur etmək planı

1945-ci ilin yazında Avropada İkinci Dünya müharibəsi artıq sona yaxınlaşsa da, Yaponiya hələ də müqavimət göstərirdi. ABŞ rəhbərliyi ölkəni quru əməliyyatı olmadan təslim olmağa məcbur etmək üçün genişmiqyaslı bombardman strategiyasına keçdi.

Bu planın müəlliflərindən biri amerikalı general Kertis Lemey idi. O, yüksəkdən bombardman taktikasını dəyişərək aşağı hündürlükdən gecə hücumları və yandırıcı bombalardan istifadəni təklif etdi. Quru və küləkli hava nəticəsində şəhərdə böyük "od fırtınası" yarandı - temperatur minlərlə dərəcəyə çatdı, insanlar yanıqdan və boğulmadan həyatını itirdi.

Müasir müharibələrdə niyə belə hücumlar nadirdir?

Həmin gecə Tokionun təxminən 41 kvadrat kilometri yanaraq məhv oldu, yüz minlərlə bina dağıldı. Bu hücum daha geniş bombardman kampaniyasının bir hissəsi idi və 1945-ci ilin yayına qədər Yaponiya şəhərlərinin böyük hissəsi ciddi zərər gördü.

Mütəxəssislər qeyd edir ki, bu cür kütləvi hava hücumları bu gün demək olar ki, mümkün deyil. Müasir ordular daha çox dəqiq silahlardan - idarə olunan bombalar, qanadlı raketlər və pilotsuz aparatlarından istifadə edir.

Bununla belə, tarixçilər Tokionun bombalanmasını və Drezden bombardmanını strateji bombardmanların etikası ilə bağlı mübahisələrin ən mühüm nümunələrindən biri kimi xatırladırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Mart 2026 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see369

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see285

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see274

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see261

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see259

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see245

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see241

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see236

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see236

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see232

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see232

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see224

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see224

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see223

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see212

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see211

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see209

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see202

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see200

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri